Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Meteohəssas insanlara xəbərdarlıq


Havanın temperaturu düşəcək, güclü külək olacaq, bəzi rayonlarda arabir yağı yağacaq

İyunun 29-da Bakı və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentində Simsar.az-a verilən məlumatına görə, güclü şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 20-23, günün birinci yarısında 27-30, günün ikinci yarısında 22-24 dərəcə isti olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23 , Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 29-da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnozlara əsasən, iyunun 29-30-da Bakı və Abşeron yarımadasında güclü xəzri küləyi və atmosfer təzyiqinin xeyli yüksəlməsi meteohəssas insanlar üçün əlverişsiz olsa da, temperaturun ötən günlərlə müqayisədə tədricən aşağı enməsini müsbət amil kimi qiymətləndirmək olar.






28 İyun, 2012  18:22 Baxılıb: 928 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner