Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Misir Mərdanov yeniliklərdən danışdı

"Təhsil sistemində ciddi yeniliklər gözlənilir"

Növbəti tədris ilində Azərbaycanın təhsil sistemində çox ciddi yeniliklər gözlənilir.

Simsar.az "AzərTAc" istinadla xəbər verir ki, bu sözləri Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib. 

Nazir bağça və məktəblərdə əsaslı təmir işləri aparıldığını, ölkədə təhsil almaq üçün əlverişli şərait yaradıldığını vurğulayıb.

Təhsildə bir çox innovativ tədbirlərin nəzərdə tutulduğunu diqqətə çatdıran Misir Mərdanov qeyd edib ki, ayrı-ayrı xarici dillərin intensiv tədrisi ilə bağlı yeni proqramların və orta məktəblərin V siniflərində yeni milli kurikulumların tətbiqinə başlanılacaq. Hazırda Bakıda və regionlarında bununla bağlı hazırlıq işləri aparılır.

Ali təhsil sistemində adambaşına düşən maliyyələşmə ilə bağlı yeniliklərin gözlənildiyini bildirən nazir növbəti ildən dövlət sifarişli ixtisaslar üzrə təhsil alan bir tələbəyə dövlət tərəfindən çəkilən xərcin məbləğinin artacağını vurğulayıb. Tələbələrin təqaüdlərinin artırılması da nəzərdə tutulur.






28 İyun, 2012  15:02 Baxılıb: 931 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner