Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İctimai Televiziyada əcnəbi serialların yayımına icazə verilməyəcək

“İctimai televiziya və radio yayımı haqqında” qanuna dəyişikliklər layihəsindən “teleseriallar” sözü çıxarılıb

İctimai Televiziyaya (İTV) əcnəbi teleserialların yayım hüququ verilməyəcək. Simsar.az-ın məlumatına görə, Milli Məclisin (MM) iyunun 29-da keçiriləcək növbədənkənar sessiyasında müzakirəyə çıxarılacaq “İctimai televiziya və radio yayımı haqqında” qanuna dəyişikliklər layihəsində “teleseriallar” sözü olmayacaq.

Belə ki, MM-in Mədəniyyət Komitəsinin iyunun 6-da keçirilmiş iclasında müvafiq qanuna təklif olunan dəyişikliyə əsasən, İTV-yə dünya ölkələrinin ən yaxşı seriallarının, bədii, sənədli və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək və ya Azərbaycan dilində sub-titrlə müşayiət edilərək tamaşaçılara çatdırılmasına şərait yaradılmalıdır. Lakin layihənin son variantında “teleseriallar” sözü çıxarılıb. Son varianta görə, İTV-yə dünya ölkələrinin ən yaxşı bədii, sənədli və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək və ya Azərbaycan dilində sub-titrlə müşayiət edilərək tamaşaçılara çatdırılmasına şərait yaradılmalıdır.

Qeyd edək ki, “İctimai televiziya və radio yayımı haqqında” qanuna dəyişikliklər layihəsində digər dəyişikliklər də nəzərdə tutulub.






27 İyun, 2012  23:32 Baxılıb: 940 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner