Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər Konqresi və Festivalı başladı

Festivalda 25 ölkədən 200-dən artıq gənc iştirak edir 

Bakıda Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Konqresi və Festivalı başlayıb.

Simsar.az-ın məlumatına görə, əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər. 

Konqresinin rəsmi açılış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edib. O, çıxışında tədbirin əhəmiyyəti və bölgə gənclərinin inteqrasiyasına verəcəyi töhfələr haqda danışıb.

Qeyd edək ki, 25 ölkədən 200-dən artıq gənclərlə iş üzrə dövlət orqanlarının, gənclər təşkilatlarının rəhbərləri və səlahiyyətli nümayəndələri, eyni zamanda gənc parlament üzvlərinin iştirak etdiyi konqresdə “Böyük İpək Yolu”na həsr olunmuş film nümayiş olunacaq, panel müzakirələri aparılacaq.

Konqres çərçivəsində Beynəlxalq Gənclər Təşkilatının təsis edilməsi, Bakı Deklarasiyasının qəbul edilməsi, gənc fotoqrafların və rəssamların sərgisinin və müxtəlif ölkələrdən olan yaradıcı gənclərin iştirakı ilə qala-konsert keçirilməsi də nəzərdə tutulub. Konqresin keçirilməsində əsas məqsəd tarixi “Böyük İpək Yolu” üstündə yerləşən ölkə gənclərinin və gənclər sahəsində çalışan qurumların əməkdaşlığı üçün şəraitin yaradılması, müxtəlif qitə, din, dil, mədəniyyət daşıyıcılarının bir-birləri ilə sıx əlaqə qurması, gənclər arasında mədəniyyətlərarası dialoqun yaradılmasına və inkişafına töhfə verilməsidir.






27 İyun, 2012  15:12 Baxılıb: 1166 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner