Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanda yeni standart qəbul olunub

“Turizm xidmətləri. Peşəkar turist bələdçisi üçün təlim və ixtisasartırma proqramlarının təşkilinə dair tələblər” dövlət standartı təsdiqlənib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Standartlaşdırma üzrə turizm və yerləşdirmə vasitələrinin xidmətləri Texniki Komitəsi (TK 06) tərəfindən təqdim edilmiş AZS 730-2012 “Turizm xidmətləri. Peşəkar turist bələdçisi üçün təlim və ixtisasartırma proqramlarının təşkilinə dair tələblər” dövlət standartını təsdiq edib.

Komitənin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, bu standart turist bələdçisi təlimləri və ixtisaslaşma proqramlarının təşkili üçün minimum tələbləri dəqiq müəyyən edir. Standart Azərbaycan Respublikası ərazisində sərbəst xidmətlərin hərəkətini asanlaşdırmaq cəhdlərini dəstəkləyir, eyni zamanda turizm xidmətlərinin keyfiyyətli təşkili üçün bölgələrə məxsus turist bələdçilərinin əhəmiyyətini də önə çəkir. 

Normativ sənəddə səlahiyyətlərin bölüşdürülməsi, təlim proqramlarının quruluşu, bölgələrə məxsus mövzular, praktiki təlim, qonaqlara bələdçilik üçün tələb olunan dil bacarıqları, turist bələdçisi vəsiqəsinin forması öz əksini tapıb.






26 İyun, 2012  01:27 Baxılıb: 938 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner