Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

11 şagird buraxılış imtahanlarından xaric edilib

Başqasının yerinə imtahana girmə, mobil telefondan istifadə, köçürməyə görə onların nəticələri ləğv olunub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyunun 24-də Şəki, Baləkən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaşda orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün keçirdiyi mərkəzləşdirilmiş buraxılış imtahanlarında müxtəlif binalarda 11 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən başqasının yerinə imtahana girmə, mobil telefonla imtahan binasına keçməyə cəhd, imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilib və nəticələri ləğv olunub. Bu barədə Simsar.az-a TQDK-nın mətbuat xidmətindən bildirilib. 
Məlumata əsasən, bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib. TQDK sədri Məleykə Abbaszadə Qəbələ, Oğuz, Şəki və Balakən rayonlarında buraxılış imtahanlarının gedişini izləyib.
Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.






25 İyun, 2012  19:57 Baxılıb: 915 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner