Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Kürün suyu 22 sm artdı

.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, bu gün Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 55-125, Kiçik Qafqazın çaylarında 55-85, Lənkəran-Astara bölgəsi çaylarında 75-125, Naxçıvan Muxtar Respublikasının çaylarında isə normanın 45-50 faizini təşkil edir. 



Son üç gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 22 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 163 m3/san, ongünlük normanın 40 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm 2 dəfə çox olmaqla 380 m3/san və ongünlük normanın 94 faizini təşkil edib. Kür çayının aşağı axınında son günlərdə suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 381 sm (2011-ci il iyunun 25-də 630 sm), Şirvanda 243 sm (2011-ci il iyunun 25-də 537 sm ), Salyanda 203 sm (2011-ci il iyunun 25-də 533 sm), Bankədə 225 sm (2011-ci il iyunun 25-də 335 sm), Araz çayının Novruzlu məntəqəsində isə 109 sm (2011-ci il iyunun 25-də 360 sm) təşkil edir.


Qanıx çayının Əyriçay məntəqəsində isə son günlərdə suyun səviyyəsində dəyişiklik baş verməyib, lakin iyunun 24-də suyun səviyyəsində 4 sm artım, 25-də isə yenidən azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 106 m3/san olmaqla, ongünlük normanın 64 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə 2 dəfə yüksək olmaqla 251 m3/san təşkil edib və ongünlük normanın 151 faizinə bərabər olub.






25 İyun, 2012  16:46 Baxılıb: 912 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner