Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Müdafiə Nazirliyinin yeni yaşayış kompleksinin açılışı olub

Prezident İlham Əliyev yeni binaların sakinlərini təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev iyunun 22-də Bakının Yasamal rayonu ərazisində Müdafiə Nazirliyinin yeni yaşayış kompleksinin açılış mərasimində iştirak edib. Simsar.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, müdafiə naziri general-polkovnik Səfər Əbiyev Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, prezident İlham Əliyevə raport verib. Dövlət başçısı yeni yaşayış kompleksinin rəmzi açılışını bildirən lenti kəsib. 
Prezident İlham Əliyev yaşayış kompleksində yaradılan şəraitlə yaxından tanış olub.
Səfər Əbiyev dövlət başçısına məlumat verərək bildirib ki, 9 mərtəbəli iki binadan ibarət yeni yaşayış kompleksində hərbçilər üçün lazım olan bütün şərait yaradılıb. Ümumi yaşayış sahəsi 30 min kvadratmetrə yaxın olan birinci binadakı mənzillərin 184-ü üç, 20-si bir otaqlıdır. İkinci binanın mənzillərinin ümumi yaşayış sahəsi isə təqribən 18 min kvadratmetrdir. Bu binadakı mənzillərin 105-i üç, 3-ü isə iki otaqdan ibarətdir. Mənzillərin davamlı olaraq isti su ilə təmin olunması üçün müasir istilik sistemi yaradılıb. Yaşayış kompleksini elektrik enerjisi və su ilə təchiz etmək üçün iki yarımstansiya və digər lazımi avadanlıq quraşdırılıb. Kompleksin ərazisində abadlıq işləri aparılıb, yaşıllıq zolaqları salınıb.

Mənzillərdə yaradılan şəraitlə yaxından tanış olan prezident İlham Əliyev yeni binaların sakinlərini təbrik edib.






22 İyun, 2012  20:22 Baxılıb: 945 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner