Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Kürün suyu sürətlə azalır

Son dörd gün ərzində su səviyyəsində 17 sm azalma müşahidə olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, bu gün Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 55-125, Kiçik Qafqazın çaylarında 55-85, Lənkəran-Astara bölgəsi çaylarında 80-130 faizini təşkil edir.
Son dörd gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 17 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 125 m3/san, ongünlük normanın 31 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm 4 dəfə çox olmaqla 510 m3/san və ongünlük normanın 126 faizini təşkil edib. Kür çayının aşağı axınında son günlərdə suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 392 sm (2011-ci il iyunun 22-də 568 sm), Şirvanda 245 sm (2011-ci il iyunun 22-də 504 sm ), Salyanda 203 sm (2011-ci il iyunun 22-də 530 sm), Bankədə 225 sm (2011-ci il iyunun 22-də 331 sm), Araz çayının Novruzlu məntəqəsində isə 113 sm (2011-ci il iyunun 22-də 325 sm) təşkil edir.


Qanıx çayının Əyriçay məntəqəsində isə son günlərdə suyun səviyyəsində dəyişiklik baş verməyib, lakin iyunun 21-də suyun səviyyəsində 8 sm artım, iyunun 22-də isə 6 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 110 m3/san olmaqla, ongünlük normanın 66 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər yüksək olmaqla 178 m3/san təşkil edib və ongünlük normanın 107 faizinə bərabər olub.






22 İyun, 2012  19:09 Baxılıb: 989 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner