Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

«EKSKLÜZİV» - JURNALİSTİKADA BU SÖZDƏN HARADA VƏ NECƏ İSTİFADƏ ETMƏLİ

Adi xəbər və ya müsahibənin qarşısında «eksklüziv» yazmaq medianı orqanını ucuz şouya sürükləyir

Son vaxtlar qarşısında «eksklüziv» yazılmış xəbər və müsahibələrə tez-tez rast gəlirik. Sensasiya, skandal ardınca qaçan jurnalistlərin bu sözə tez-tez müraciət etmələri başadüşüləndi. Həmkarlarından fərqlənmək, təmsil etdiyi mətbu orqanı önə çıxarmaq və ən əsası özünün operativliyini, bacarığını nümayiş etdirmək üçün «eksklüziv» sözündən istifadə olunur. Azərbaycan mətbuatında müşahidə aparsaq görərik ki, daha çox şou-biznesdən yazan jurnalistlərin «eksklüziv» sözündən xoşu gəlir. Sıradan bir müğənninin az qala bütün hərəkətləri, açıqlamaları eksklüziv xəbər kimi təqdim olunur. Hətta mətbuat konfransları, klip təqdimatları da məxsusi xəbər kimi göstərilir.

Siyasət, iqtisadiyyat və sosial sahələrdən yazan müxbirlər isə «eksklüziv»liyə o qədər də meylli olmurlar. Bu cameədən olan müxbirlər hesab edirlər ki, siyasətçilər, iqtisadçılar, ekspertlər onsuz da, hər gün danışırlar və sanki onların demədikləri söz, toxunmadıqları mövzu qalmayıb. Partiya sədrinin iki gün öncə hansısa mətbu orqanda müsahibəsi çıxıb və qarşısında «eksklüziv» sözü yazılmayıb. Belə olanda iki gün sonra eyni adamın müsahibəsini eksklüziv kimi oxucuya təqdim etmək yersiz görünür.

Ümumiyyətlə, ciddi mətbu orqanlar «eksklüziv» sözünə müstəsna hallarda istinad edirlər. Onlar daha çox əlçatmaz ictimai-siyasi xadimlər, ekspertlər, mədəniyyət işçilərinin müsahibələrinin önündə «eksklüziv» yazırlar.

Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin müəllimi Akif Rüstəmovun sözlərinə görə, «eksklüziv» sözünün mənası məxsusi xəbər, müsahibə deməkdir. Yəni bu xəbər, müsahibə səndən başqa heç kəsdə yoxdu. «Əgər mətbuat konfransında tanınmış şəxs eyni açıqlamanı, müsahibəni hər kəs üçün deyirsə, bu eksklüziv ola bilməz. Sən həmin şəxsi kənara çəkib məxsusi müsahibə, açıqlama alırsansa, bu eksklüzivdi. Amma hər xəbərin, müsahibənin qarşısına da «eksklüziv» sözü yazmaq olmaz. Bununla bağlı redaksiyanın özünün ədalətli kriteriyaları olmalıdır».

Hesab edilir ki, ictimai-siyasi əhəmiyyət kəsb etməyən, maraq doğurmayan xəbər və ya müsahibənin qarşısına «eksklüziv» yazmaq, mətbu orqanın ucuz şouya yuvarlanmasına səbəb ola bilər.

RUSLAN






6 İyun, 2012  16:11 Baxılıb: 1639 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner