Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Buraxılış imtahanlarının qiymətləri açıqlandı

İmtahanda 25 min 204 şagird iştirak edib

İyunun 2-də keçirilən XI siniflərin buraxılış imtahanında iştirak edən 25204 nəfər şagirddən 278 nəfəri “Ana dili”, 648 nəfəri isə “Riyaziyyat” fənnindən “2” qiymət alıb.

Simsar.az-ın xəbərinə görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, imtahanda iştirak edən 4987 şagird “Ana dili”ndən, 4226 şagird isə “Riyaziyyat” fənnindən “5” alıb. “Ana dili”ndən 9999 şagird, “Riyaziyyat”dan 10842 şagird “3”, “Ana dili”ndən 9940 şagird, “Riyaziyyat”dan isə 9488 şagird “4” qiymət alıb.

M. Abbaszadə bildirib ki, iyunun 3-də keçirilən IX siniflərin buraxılış imtahanında iştirak edən 35026 şagirddən 1265 nəfəri “Ana dili”ndən, 2400 nəfəri “Riyaziyyat”dan “2”, 5089 nəfəri “Ana dili”ndən, 4624 nəfəri “Riyaziyyat”dan “5”, 17202 şagird “Ana dili”ndən, 19436 nəfər “Riyaziyyat”dan “3”, 11470 şagird “Ana dili”ndən, 8566 şagird isə “Riyaziyyat”dan “4” alıb.

İyunun 2-də keçirilən imtahanda kəsilən şagirdlər imtahanda iştirak edən şagirdlərin 3,41 faizini, iyunun 3-də keçirilən imtahanda "2" qiymət alanla isə həmin imtahanda iştirak edənlərin 9,28 faizini təşkil edir.






6 İyun, 2012  15:59 Baxılıb: 1373 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner