Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İmişlidə məcburi köçkünlərə yeni qəsəbə salınır

Burada 550 yeni ev tikiləcək

İmişli rayonunda məcburi köçkünlər üçün yeni qəsəbə salınır. AzərTAc xəbər verir ki, prezidentin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət proqramı”na müvafiq Sərəncamla əlavə edilmiş bəndə uyğun olaraq İmişli ərazisindəki istismar müddəti başa çatmış fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə rayonda yeni qəsəbə inşa olunur.

İyunun 5-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qəsəbədəki inşaat işlərinin gedişi ilə tanış olub.
Məlumat verilib ki, burada ümumilikdə 550 yeni ev tikiləcək.

Evlərdən 30-u 1 otaqlı, 163-ü iki otaqlı, 115-i üç otaqlı, 17-si dörd otaqlı olacaq. Yeni qəsəbədə, eyni zamanda, 360 şagird yerlik məktəb, 50 yerlik uşaq bağçası, inzibati bina, klub, icma mərkəzi, park və digər infrastrukturlar olacaq. Ə.Həsənov tikinti işlərinin gedişi ilə maraqlanıb, iş adamlarına müvafiq göstərişlərini verib.






5 İyun, 2012  16:28 Baxılıb: 1223 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner