Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yunanıstandakı səfirimiz konsert verdi

Musiqiçilərimizi yunan və iraqlı ifaçılar müşayiət ediblər

Azərbaycanın Yunanıstandakı səfirliyinin təşkilatçılığı ilə Afinada 28 May – Respublika Günü və Azərbaycan-Yunanıstan diplomatik münasibətlərinin 20 illiyi münasibətilə konsert olub. Konsertdə məşhur skripkaçı Səbinə Rakçeyeva və pianoçu Vaqif Sadıxov qonaqlara Azərbaycan bəstəkarlarının klassik musiqi əsərlərini, xalq mahnıları üzrə improvizasiyaları təqdim ediblər. Azərbaycan musiqiçilərini zərb alətlərində yunan, ud alətində isə iraqlı ifaçılar müşayiət ediblər.

Tədbirdə Yunanıstanın Xarici İşlər Nazirliyinin əməkdaşları, deputatlar, biznes dairələrinin, Afinada akkreditə olunmuş diplomatik korpusun, KİV-lərin, yunan ictimaiyyətinin və Azərbaycan icmasının nümayəndələri iştirak etmişlər. Yunanıstanda işgüzar səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayeva da tədbirdə iştirak etmişdir. Ümumilikdə 600-dən çox tamaşaçının izlədiyi konsert böyük rəğbətlə qarşılanmışdır. Tədbir ziyafətlə başa çatmışdır.






5 İyun, 2012  16:17 Baxılıb: 998 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner