Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“AZƏRBAYCAN FOLKLORU, RƏQSİ VƏ ARXİTEKTURASINDA QEYRİ-ETİK MƏQAMLAR VAR” - AÇIQLAMA

Muxtar İmanov: “Açıq-saçıq folklor nümunələri Məmmədhüseyn Təhmasib tərəfindən də qeydə alınıb”

Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanov 23 cildlik “Azərbaycan folkloru” kitabı ilə bağlı yaranmış qalmaqala münasibət bildirib.

M.İmanov öncə bildirib ki, folklor kitablarında açıq-saçıq nümunələrin olması təbiidir və bunu top-tüfənglə qarşılamaq düzgün deyil: “Əvvala onu bildirim ki, mən Folklor İnstitutuna ötən ilin oktyabrında direktor təyin edilmişəm. Kitablar məndən öncəki direktorun vaxtında hazırlanıb. Ola bilsin ki, bizi məhkəməyə verən şəxsin əvvəlki direktorla münasibətləri yaxşı olmayıb. Amma həmin kitablarda heç bir qəbahət iş yoxdur. O şey ki, Azərbaycan folklorunda var, onu qeyd eləmək, kitaba köçürmək lazımdır. Kitablar kütləvi oxucu üçün nəzərdə tutulmayıb, bu, elmi nəşrdi”.

M.İmanovun sözlərinə görə, açıq-saçıq folklor nümunələri Azərbaycan folklorunun atası hesab olunan Məmmədhüseyn Təhmasib tərəfindən də qeydə alınıb: “Düzdür, o bəzi qeyri-etik səhnələri çıxarıb. Amma əsər erotik janrda olub. Bu kimi əsərlər, dünya və Azərbaycan folklorunda kifayət qədərdi. Avropa folklorunda bu kimi nümunələr ictimaiyyətə açıqdı. Azərbaycanda isə elmi mütəxəssislər üçün nəzərdə tutulub”.

İnstitutun direktoru əlavə etdi ki, qeyri-etik folklor nümunələrinin arxasında qədim mifoloji faktorlar durur: “Simvolik rəqslər, arxitektura nümunələri var ki, orada açıq-saçıqlıq var və cinsi maraqlara xidmət edir”.

M.İmanov yaxın vaxtlarda açıq-saçıq folklor nümunələri barədə elmi məqalə ilə çıxış edəcəyini diqqətə çatdırdı: “Hələ baxım görüm, bu məsələ nə qədər müzakirə olunacaq, ondan sonra məqalə barədə qərar verəcəm”.

RUSLAN






5 İyun, 2012  16:16 Baxılıb: 1151 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner