Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Folklor İnstitutu ittihamlara cavab verdi

“Bu kitablar satılmır, mütəxəssislər üçün nəzərdə tutulub”

Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanov 23 cildlik "Azərbaycan folkloru" kitabı ilə bağlı yaranan qalmaqala münasibət bildirib.
M.İmanov Simsar.az-a açıqlamasında qeyd edib ki, kitablar kütləvi satış üçün nəzərdə tutulmayıb. “Kitablar mütəxəssislər üçün nəzərdə tutulub. Satışı qadağandı”.

Qeyd edək ki, Bakı sakini Tofiq Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunu məhkəməyə verib. İddiaçı Folklor İnstitunu, bu institutun tərtib etdiyi 23 cildlik "Azərbaycan folkloru" kitabının redaksiya heyətini və çoxcildli kitabı nəşr edən "Nurlan" nəşriyyatını Azərbaycan xalqınının milli mənəvi dəyərlərini təhqir etməkdə ittiham edir.

İddiaçı cavabdeh tərəflərdən üst-üstə 400 min manat təzminat, habelə təkzib və iddianın subyekti olan kitabların satışdan yığılaraq məhv edilməsini tələb edir.

Cavabdehlər qismində "Nurlan" nəşriyyatının indiki direktoru, "Azərbaycan folkloru" kitabının redaksiya heyətinin sədri, institutun sabiq direktoru Hüseyn İsmayılov, redaksiya heyətinin üzvləri – professor İsrafil Abbaslı, akademik Teymur Bünyadov, professor Məhərrəm Cəfərli, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev, professor Paşa Əfəndiyev, filologiya elmlər doktoru Qara Namazov, buraxılışa məsul, filoloji elmər namizədi Əziz Ələkbərli başda olmaqla ümumilikdə 22 nəfərin adı çəkilir.

Səbail rayon məhkəməsinə ümvanladığı iddia ərizəsində qeyd olunur ki, Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə sözügedən şəxslərdən bir qisminin iştirak etdiyi redaksiya şurasının hazırladığı 23 cildlik "Azərbaycan folkloru külliyyatı" kitabının 6-cı (səh. 322-324), 9-cu (səh.93-95), 10-cu (53-54) cildində "Azərbaycan xalqına, onun tarixinə, məişətinə, adət-ənənələrinə və mədəniyyətinə açıq-aşkar hörmətsizlik" nümayiş olunub.

Toplu "Nurlan"nəşriyyatında işıq üzü görüb.

Məsələ burasındadır ki, qeyd olunan cildlərdə yerləşdirilən nağıllarda açıq-saçıq səhnələr ədəbsiz formada – vulqar sözlərlə təsvir olunur. Amma bu da dərd deyil. Külliyatın 6-ci cildindəki "Arzulounmaz kürəkən" nağılında qardaşın qardaşla, atanın inəklə cinsi əlaqəsindən söz açılır. Bundan başqa, məlum olur ki, bütün ailə üzvləri ana ilə də cinsi əlaqədə olublar.

İddiaçının fikrincə, "cavadehlərin kitabda nəşr etdirdikləri nağıllar" Azərbaycan adət-ənənəsinə açıqdan-açığa hörmətsizlik”, "xalqımıza təhqirdir”. Çünki bu nağıllar "Azərbaycan folkloru" kimi təqdim olunmaqla, onların altında Azərbaycan xalqının imzası qoyulub.

İddiaçı tərəf sözügedən faktları əsas gətirərək, Folklor İnstitunun və "Nurlan"nəşriyyatının Azərbaycan xalqından üzr istəməsini, kitabların dövriyyədən çıxarılaraq məhv olunmasını və cavabdehlərə ümumi həcmi 400 min manat olan cərimə kəsilməsini tələb edir.






5 İyun, 2012  15:09 Baxılıb: 1430 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner