Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Tütünsüz həyat: Sən özün yarat!”

Mövzusunda müsabiqə yekunlaşdırılıb

Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, “İRƏLİ” Tibb Klubunun birgə təşkilatçılığı ilə “Tütünsüz həyat: Sən özün yarat!” adlı fotomüsabiqə yekunlaşıb. İRƏLİ İctimai Təşkilatından Simsar.az-a verilən xəbərə görə, layihənin yekunu ilə bağlı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində tədbir keçirilib.
İştirakçılar tütünün zərərlərindən, tütünlə mübarizə istiqamətində keçirilmiş tədbirlərdən danışıblar, fotomüsabiqənin təşkili yüksək qiymətləndirilib.
Münsiflər heyəti fotomüsabiqə qaliblərinə sertifikatlar verib:
Birinci yerə Zaur Mirzəyev, İkinci yerə Əli İbrahimov, üçüncü yerə isə Tərxan Şahrazlı layiq görülüb. Qaliblər diplom və pul mükafatı ilə təltif olunublar.
Layihə çərçivəsində müsabiqəyə 100-dən çox şəkil təqdim olunub. İlkin mərhələdən 52 şəkil seçilib, ikinci mərhələdə münsiflər heyəti üç yerin qalibini və 10 nəfər sertifikat sahibini müəyyənləşdirib.

Xatirə






4 İyun, 2012  19:31 Baxılıb: 1130 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner