Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

TQDK şagirdlərə xəbərdarlıq etdi

Şagirdlər buraxılış imtahanına gələrkən bir neçə sənədi mütləq gətirməlidirlər

Buraxılış imtahanında iştirak edəcək XI sinif şagirdləri imtahana “İmtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini (16 yaşına çatmayanlar şəkilsiz şəxsiyyət vəsiqəsi ilə yanaşı təhsil müəssisəsi tərəfindən verilmiş və şagirdin fotoşəkili yapışdırılmış arayışı), IX sinif şagirdləri isə “İmtahana buraxılış vərəqəsi”ni, şəxsiyyət vəsiqəsini və ya doğum haqqında şəhadətnaməni və təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı gətirməlidirlər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, buraxılış imtahanında iştirak edəcək əcnəbilər imtahana gələrkən imtahana buraxılış vərəqəsini, şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim etməlidirlər. 9-cu sinif şagirdləri qeyd olunan sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da təqdim etməlidirlər.
İlk buraxılış imtahanı iyunun 2-də və 3-də Bakı şəhərində keçiriləcək. Eyni gündə Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsinin şagirdləri də imtahan verəcək.






29 May, 2012  16:32 Baxılıb: 960 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner