Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakının Venesiyası açıldı

"Kiçik Venesiya şəhərciyi”nin açılışında prezident İlham Əliyev iştirak edib

Bu gün Dənizkənarı Milli Parkdakı “Kiçik Venesiya şəhərciyi” əsaslı yenidənqurmadan sonra istifadə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

“Kiçik Venesiya şəhərciyi” 1960-cı ildə istifadə verilib. 2011-ci il martın 30-da dövlətimizin başçısı Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində aparılan tikinti işlərinin gedişi ilə tanış olarkən “Kiçik Venesiya şəhərciyi”nin yenidən qurulması ilə bağlı göstəriş verib.
Prezident İlham Əliyevə məlumat verilib ki, əsaslı yenidənqurma işləri zamanı şəhərciyin ümumi strukturu saxlanılmaqla mövcud kanallar genişləndirilib, yeni qayıqlar gətirilmiş, əlavə körpülər və iki restoran inşa edilib. Restoranlardan biri Qərb, digəri isə Şərq mətbəxinin ləziz nümunələrini müştərilərə təqdim edəcək.

Görülmüş işlərdən razılığını bildirən dövlət başçısı paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının burada istirahətinin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Sonra Prezident İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün Dənizkənarı Milli Parkın ərazisində inşa edilən yeni binada görülən işlərlə maraqlanıb.







28 May, 2012  16:45 Baxılıb: 1055 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner