Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

QISA ÖMRÜN BÖYÜK TARİXİ – “RESPUBLİKA GÜNÜ”

3 rəngli bayrağın bir daha mavi səmalarda dalğalanması üçün 70 il gözləmək lazım gəldi

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından 94 il ötür. 1918-ci il mayın 28-i Azərbaycan Xalq Cümhuriyyəti Gürcüstanın Tiflis şəhərində qəbul etdiyi “İstiqlal Bəyannaməsi” ilə müstəqilliyini bəyan etdi. Azərbaycanda müstəqil dövlətin yaranması prosesi 1917-ci il oktyabr inqilabı ilə başlamışdı. Belə ki, oktyabr inqilabından sonra xalqların milli azadlıq hərəkatının başlaması, 1918-ci ilin fevralında Zaqafqaziya seyminin dağılması bu prosesə güclü təkan verdi. 
Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Demokratik Cümhuriyyəti Türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycanda müvəqqəti hökumətin ilk başçısı isə Fətəli Xan Xoyski seçilib. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.
Müstəqil Azərbaycan Cümhuriyyəti 23 aylıq ömrundə böyük nailiyyətlər və qalibiyyətlər əldə etdi. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və bir cümlədə desək, bu gün özlərini modern hesab edən ölkələrin bir çoxunun hələ də təmin edə bimədiyi demokratik şəraiti 94 il bundan əvvəl Müstəqil Azərbaycan Cümhuriyyəti təmin etdi.
1918-ci il iyunun 4-də Osmanlı dövləti ilk dəfə olaraq Azərbaycanın müstəqilliyini tanıdı. 1918-ci il noyabrın 9-da M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edildi. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdəydi.
1918-ci il dekabrın 7-də Məhəmməd Əmin Rəsulzadə “Bir kərə yüksələn bayraq, bir daha enməz” sözləriylə Azərbaycan Parlamentini açdı.
Azərbaycan Xalq Cümhuriyyəti öz fəaliyyət müddətində ölkədəki hər sahənin inkişafı üçün tədbirlər gördü. Məktəblər milliləşdirildi, Türkiyədən dərs demək üçün müəllimlər dəvət olundu. Şəhər və kənd əhalisinə torpaq verilməsi ilə bağlı qanun qəbul olundu.
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə 1920-ci ilin aprelin 27-də Azərbaycan Rusiya tərəfindən işğalı son qoydu. İşğaldan sonra AXC-nin qurucularının bir qismi güllələndi, digər qismi isə ömrünün sonuna qədər mühacirət həyatı yaşadı.
1991-ci ilə qədər SSRİ-nin tərkibində olan Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliiyini bərpa etdi.






28 May, 2012  12:42 Baxılıb: 1211 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner