Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bu il sahibkarlar 650 min manatdan çox cərimə olunublar

18 ton ərzaq isə məhv edilib

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır” mövzusunda Goranboy rayonunda tədbir keçirib. Nazirlikdən simsar.az-a verilən məlumata görə, konfransda Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Goranboy Rayon İcra Hakimiyyətinin, ictimai təşkilatların nümayəndələri və 300-ə yaxın istehlakçı iştirak edib.
Dövlət Xidmətinin rəis müavini Vidadi Quliyev qeyd edib ki, ictehlakçıların keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, ötən il sahibkar və istehlakçılara 13 adda 160 min ədəd buklet paylanıb. Bu il də marifləndirilmə tədbirlərı davam etdirilir, 2012-ci ilin yanvar-aprel aylarında bu məqsədilə 13 adda 26 min buklet və sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 1000-ə yaxın yaddaş kitabçası çap edilərək paylanıb.
Dövlət Xidməti tərəfindən 2012-ci ilin yanvar-aprel ayları ərzində həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 18,3 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib.
İnzibati xətaya yol vermiş təsərrüfat subyektlərinə 610,8 min manat cərimə tətbiq olunub. Bundan başqa, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol vermiş təsərrüfat subyektlərinə 36,6 min manat maliyyə sanksiyası tətbiq edilib.
Konfrans çərçivəsində iştirakçılara istehlakçı hüquqlarına dair maarifləndirici materiallar da paylanıb.

Xatirə






25 May, 2012  20:25 Baxılıb: 1020 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner