Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Divarın içərisindən “Sahibsiz xəzinə” tapılıb

Onun XVIII və XIX əsrə aid olduğu bildirilir

Rusiyada kitabxanaların birində restovrasiya işləri aparılan zaman XVIII və XIX əsrə aid 30 minə yaxın kitab tapılıb. Simsar.az-ın Rusiya mətbuatına istinadın məlumatına görə, gizli divarın içərisində yerləşdirilmiş 30 minə yaxın kitab və jurnal Rusiya Politexnik Muzeyinin kitabxanasından aşkarlanıb. Resotvrasiya işləri üçün əvvəlcə rəflərdəki kitabları başqa yerə köçürən işçilər, sonra rəfləri sökməyə başlayıb. Daha sonra divarda boşluğun olduğunu hiss edib, onun bir qismini dağıdıblar. Dağılmış divarın içərisində kitab görən işçilər bütün divarı söküb və tavana qədər divarln içərisində kitab və jurnalları tapıblar.
Kitab və jurnalların demək olar ki, hamısı ingilis, fransız və yunan dilindədir. “Sahibsiz xəzinə” adı verilən kitabların 1917-ci il inqilabından sonra dövlət tərəfindən qorunmaq üçün bu addımı atdığı ehtimal olunur.
Kitabxananın müdir müavini Svetlana Kukteviç bildirib ki, kitab və jurnalların xarici dillərdə olmasının səbəbi həmin illərdə insanların bir neçə dil bilməsi və buna görə də rus dilində olan kitablara ehtiyacının olmaması ilə bağlıldır.
Kitabların niyə gizli yerdə qorunması isə sual altındadır. Buna səbəb olaraq onların Sovet dövründə məhv oluna biləcəyi qorxusu olduğu bildirilir.

Fatimə Kərimli






25 May, 2012  17:54 Baxılıb: 984 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner