Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İmtahanlarda iştirak edə bilməyənlər üçün əlavə gün

TQDK sədri bu şagirdlərin 8 iyulda yenidən imtahan verə biləcəklərini söyləyib  

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) səhhəti, ailə vəziyyəti ilə əlaqədar buraxılış imtahanlarında üzürlü səbəbdən iştirak etməyən şagirdlər üçün buraxılış imtahanının gününü müəyyənləşdirib.

 Simsar.az-ın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, belə şagirdlər iyulun 8-də imtahan verəcəklər.

M. Abbaszadə deyib ki, ilk buraxılış imtahanı iyunun 2-də və 3-də Bakı şəhərində keçiriləcək. Eyni gündə Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsinin şagirdləri də imtahan verəcək. İyunun 2-də ümumtəhsil məktəblərinin XI siniflərində şagirdlərin imtahan verməsi üçün 53, iyunun 3-də IX sinif şagirdlərinin imtahan verməsi üçün 68 imtahan binası ayrılıb. Həmin gün Bakı şəhəri üzrə 23914 nəfər XI sinif şagirdinin, iyunun 3-də isə 34277 nəfər IX sinif şagirdinin buraxılış imtahanında iştirakı nəzərdə tutulur.

Regionlarda isə iyunun 2-də rus bölməsi üzrə təhsil alan 1935 nəfər XI sinif, iyunun 3-də isə 2096 nəfər IX sinif şagirdi imtahan verəcək.






25 May, 2012  16:21 Baxılıb: 1186 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner