Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dubay Ticarət və Sənaye Palatası Bakıda nümayəndəlik açacaq

Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirinin müavini ölkəmizdə səfərdədir

Bu gün Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İqtisadiyyat nazirinin müavini Məhəmməd Bin Abdul Aziz Al Şehhinin rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi İnkişaf Nazirliyində olub, nazir Şahin Mustafayevlə görüşüb. Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, görüşdə mövcud iqtisadi əlaqələr və qarşılıqlı investisiya imkanları müzakirə edilib.

Ölkəsində Azərbaycanla əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayan BƏƏ-nin İqtisadiyyat nazirinin müavini Məhəmməd Bin Abdul Aziz Al Şehhi Azərbaycanda Dubay Ticarət və Sənaye Palatasının Nümayəndəliyinin yaradılacağını və bu Nümayəndəliyin MDB ölkələri ilə əməkdaşlıq üzrə baş ofis funksiyasını həyata keçirəcəyini bildirib. Dubay Ticarət və Sənaye Palatası Birləşmiş Ərəb Əmirliklərinin Ticarət və Sənaye Palataları Federasiyasına daxil olan ən böyük Ticarət Palatasıdır.

Dubay Ticarət və Sənaye Palatasının baş direktoru Hamad Buamin təmsil etdiyi qurum barədə məlumat verərək, 133 min üzvü olan Palatanın dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərdiyini qeyd edib. Hamad Buamin Dubay Ticarət və Sənaye Palatasının Nümayəndəliyinin Azərbaycanda yaradılmasında əsas səbəb kimi ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin formalaşması, eləcə də Azərbaycanda siyasi və makroiqtisadi sabitlik, davamlı iqtisadi inkişaf, əlverişli biznes və investisiya mühiti olduğunu diqqətə çatdırıb. Hamad Buamin regionun lider dövləti olan Azərbaycanın Körfəz ölkələri ilə MDB arasında körpü rolunu oynayacağına əminliyini vurğulayıb.

İqtisadi İnkişaf naziri Şahin Mustafayev Azərbaycan prezidentinin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin dünyada nüfuzunun artdığını, etibarlı tərəfdaş kimi tanındığını, ölkəmizdə möhkəm siyasi və makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını vurğulayıb. Nazir Ş. Mustafayev Dubay Ticarət və Sənaye Palatasının Azərbaycanda Nümayəndəliyinin yaradılmasının ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı və ticarət dövriyyəsinin artırılması istiqamətində imkanları daha da genişləndirəcəyini qeyd edib.

Azərbaycana səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirinin müavini Məhəmməd Bin Abdul Aziz Al Şehhinin başçılıq etdiyi nümayəndə heyəti ilə bir sıra dövlət qurumlarında görüşlər keçirəcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycan İnvestisiya Şirkətinin nümayəndələri ilə keçirilmiş görüşdə ölkəmizin investisiya imkanları təqdim edilib.






25 May, 2012  00:43 Baxılıb: 1088 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner