Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dövlət Neft Fondundan 1 839,8 milyon manat büdcəyə transfer edilib

Ən çox xərc sənaye, tikinti və fayadalı qazıntılara yönəli

Cari ilin I rübündə dövlət büdcəsinin gəlirləri 3 487,8 mln. manat və ya 98,5% yerinə yetirilməklə ötən ilin eyni dövrü ilə müqayisədə 26% və ya 719,4 mln. manat çox olub.Simsar.az-ın xəbərinə görə, təsdiq olunmuş proqnozu Vergilər Nazirliyi 112,7% icra edib və büdcəyə 1 390,5 mln. manat, ötən ilin eyni dövrünə nisbətən 229,6 mln. manat və ya 19,8% vəsaitin köçürülməsini təmin edib.

Dövlət Gömrük Komitəsi tərəfindən cari ilin I rübündə proqnoza 100,3% əməl olunmaqla dövlət büdcəsinə 251,7 mln. manat vəsait köçürülüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% (11,1 mln. manat) çoxdur.

Dövlət Neft Fondundan büdcəyə transfertlər 1 839,8 mln. manat təşkil edib.

Funksional təsnifata uyğun olaraq 2012-ci ilin I rübündə ötən ilin eyni dövrü ilə müqayisədə «Sənaye, tikinti və faydalı qazıntı xərcləri»nə 80,1% (437,6 mln. manat), «İqtisadi fəaliyyətlə bağlı xərclər»ə 58,3% (16,1 mln. manat), «Müdafiə xərcləri»nə 38% (51,7 mln. manat), «Sosial müdafiə və sosial təminat xərcləri»nə 37,3% (152,2 mln. manat), «Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri»nə 29% (38,2 mln. manat), «Səhiyyə xərcləri»nə 12,3% (9 mln. manat) çox vəsait yönəldilib.






24 May, 2012  19:19 Baxılıb: 1459 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner