Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

«AMNESTY İNTERNATİONAL» BÜTÜN ÖLKƏLƏRİ TƏNQİD ETDİ

«Hər yerdə dinc aksiyalar dağıdılıb – istər Nyu York olsun, istərsə də Tripoli» 

«Amnesty İnternational» təşkilatı insan hüquqları ilə bağlı illik hesabatını təqdim edib. Simsar.az-ın məlumatına görə, hesabatda demək olar ki, əksər ölkələrin hakimiyyətləri kütləvi aksiyalara lazımi reaksiya verməməkdə ittiham olunub.
Hesabatda əks olunub ki, ABŞ-da da Rusiya və Belorusiyada olduğu kimi, aksiyalar dağıdılıb, fərq yalnız bu ölkədə müxalifətçilərin həbs olunmamasındadır.
Hüquq müdafiəçilərinin qənaətinə görə, 2011-ci ildə vətəndaşlar öz haqlarının bərpası uğrunda müdafiəyə qalxmalı olublar – İstər Nyu-York olsun, istərsə də Moskva, Kampala, Dakar, La Pas, Pnompen, Tokio, Qahirə, Dəməşq və ya Tripoli.
Hesabatda ABŞ-da nümayişlərin polis tərəfindən qəddarlıqla yatırıldığı, bunun üçün gözyaşardıcı qazlardan, plastik güllə və dubinkalardan istifadə olunduğu, qeyd olunub. Hüquq müdafiə təşkilatının iddiasına görə, bu ölkədə polisin tətbiq etdiyi elektroşok nəticəsində 43 nəfər ölüb. Bununla yanaşı Quantanamo və Kubadakı həbsxanaların saxlanması ilə bağlı Vaşinqtona qarşı ənənəvi ittihamların səslənməsi davam edib.
Hesabatda terorla mübarizənin ölüm faktları ilə nəticələnməsi halları da tənqidlə qarşılanıb. (Usamə Bin Ladenin adı qeyd olunub).
Hüquq müdafiəçilərinin qənaətinə görə, Avropa və Mərkəzi Asiyanın 93 ölkəsində dinc aksiyalar zorakılıqla dağıdılıb.
Hesabatda Azərbaycanın da adı qeyd olunub. Ölkəmizdə beynəlxalq təşkilatların təzyiqindən sonra müxalifət fəalı Cabbar Savalanlının azadlığa buraxıldığı qeyd olunub. Bununla yanaşı onun hərbi xidmətə çağrılmaqla, cəmiyyətdən təcrid olunduğu vurğulanıb.

Xatirə






24 May, 2012  18:39 Baxılıb: 999 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner