Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Rəsmi Bakı "Eurovision-2012"nin siyasiləşdirilməsini pisləyir

Əli Həsənov bunun ilk növbədə Avropa Yayım Birliyinə hörmətsizlik olduğunu düşünür

“Artıq “Eurovision” müsabiqəsini siyasiləşdiriblər. İsveçin Azərbaycandakı səfiri, İsveçin mahnı müsabiqəsindəki nümayəndəsi fəal şəkildə müxalifət dairələri, siyasi qruplar və bəzi mərkəzləşmiş antiazərbaycan fəaliyyətini həyata keçirən Norveç İnsan Hüquqları Evi, Amnesty International ilə birgə burda fəaliyyətə başlayıblar. Bunu qəti şəkildə pisləyirik”. Bunu Trend-ə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Əli Həsənov hesab edir ki, bu, ilk növbədə Avropa Yayım Birliyinə hörmətsizlikdir.

“Avropa Yayım Birliyi mütləq şəkildə buna müdaxilə etməlidir və bu tipli siyasiləşmə aksiyalarının qarşısını almalıdır. O biri tərəfdən, bu cür çıxışlar Azərbaycanda "Eurovision"a qatılan digər iştirakçılara hörmətsizlikdir. Bu, müsabiqəyə bilet alıb, tədbiri izləyən tamaşaçılara hörmətsizlikdir, Avropa musiqi yarışmasının tərəfdarlarına hörmətsizlikdir. Düşünürəm ki, bu siyasiləşmənin qarşısı tezliklə alınmasa, “Eurovision” yarışmasına qatılanlar, onu təşkil edənlər buna müvafiq münasibət bldirəcəklər”, - deyə PA rəsmisi əlavə edib.






24 May, 2012  17:35 Baxılıb: 822 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner