Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azercell 4G texnologiyasının tətbiqinə başladı

4G hazırda dünyanın 37 ölkəsində və Avropanın 9 ölkəsində tətbiq olunur

Azərbaycanın mobil operatoru “Azercell Telekom” şirkəti ölkədə ilk dəfə olaraq 4G texnologiyasının tətbiqinə başlayıb.

 Simsar.az-ın xəbərinə görə, bununla bağlı keçirilən tədbirdə çıxış edən şirkətin prezidenti Əli Ağan bildirib ki, sözügedən texnologiya dünyada geniş yayılmayıb. Belə ki, 4G hazırda dünyanın 37 ölkəsində, o cümlədən Avropanın 9 ölkəsində tətbiq olunur.

Ə.Ağan qeyd edib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 4G texnologiyasının tətbiqi ilə bağı “Azercell”ə müvafiq icazə verilib və tezlik ayrılıb. 4G şəbəkəsi 100 Mbit/saniyəyə qədər sürətlə 1800 MHz tezlikdə yayımlanacaq. İlkin olaraq 4G Bakının mərkəzi küçələrini əhatə edəcək. Belə ki, bu texnologiyadan Dənizkənarı Milli Park, Fəvvarələr meydanı, metronun “Elmlər Akademiyası” stansiyası, Azərbaycan Pedaqoji Universiteti, “Natəvan Plaza”, Akademik Milli Dram Teatrı, “Kempinski Hotel” və Nərimanov heykəli ərazilərində istifadə etmək mümkün olacaq. İlin sonuna 4G texnologiyasının əhatə dairəsinin 2 dəfə artacağı gözlənilir.

Qeyd edək ki, 4-cü nəsil (4G) texnologiyası dünyada mövcud olan ən son və ən yüksək sürətli mobil data ötürülməsini mümkün edən bir texnologiyadır. Azərbaycanda yalnız bir neçə telefon 4G-ni dəstəkləyir. 4G texnologiyası vasitəsilə böyük həcmli faylları tez bir zamanda ötürmək, HD TV və internet vasitəsilə videoməzmunu kəsintisiz izləmək mümkün olacaq.

Hazırda “Azercell”in 4G xidmətlərindən istifadə etmək üçün müvafiq modem almaq lazımdır ki, bunun qiyməti 149 manat təşkil edir. Bir aylıq limitsiz internet trafik paketi isə 45 manatdır. Lakin 4G modemi alan şəxs ilk ayda limitsiz internet trafikdən ödənişsiz istifadə edəcək.






24 May, 2012  17:08 Baxılıb: 1095 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner