Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

MƏNZİLLƏRİN MAYA DƏYƏRİ SÜNİ ŞƏKİLDƏ ARTIRILIR - MÜSAHİBƏ

Nüsrət İbrahimli: “Sosial yönümlü mənzillərin tikintisinə başlanılmalıdır”

Azərbaycanda, xüsusilə də, Bakı şəhərində yeni binaların tikilməsinə baxmayaraq, əksəriyyət üçün hələ də mənzil almaq mümkünsüzdür. Əsasən gənc ailələr üçün aktual olan bu problem ipoteka kreditlərinin verilməsi ilə də öz həllini tapmadı.
Mənzil probleminin həlli yolları ilə bağlı suallarımızı Daşınmaz Əmlak Bazarı İştirakçıları İctimai Birliüinin sədri, «NBA» Konsaltinq Şirkətinin prezidenti Nüsrət İbrahimliyə ünvanladıq.


- Bəzi rəylərə görə, Aərbaycanda ailələrin cəmi 25 faizinin şəxsi mənzilləri var. Bilirsiz ki, əvvəllər problem bu qədər kritik deyildi. Problemin kökündə dayanan amillər hansılardır?

- Men belə fikirləşmirəm. Dəqiq rəqəm demək çətindir. Güman edirəm ki, evsiz ailələrin sayı 25%-dən çox olmaz. Bu problem həmişə olub. Çünki, insanın yaşaması üçün bu faktor mühüm amildir. Problemin köklü həlli yolunu hələ ki, heç bir ölkə tapmayıb və bu, mümkün də deyil. Bu halda evin qiyməti də olmaz. Lakin, evsizlərin faiz nisbətini azaltmaq mümkündür. Fikirləşirəm ki, bunun üçün ilk növbədə insanların alıcılıq qabiliyyətinin artırılması istiqamətində ardıcıl işlər aparılmalıdır. Yəni, bir tərəfdən kredit imkanları artırılmalı və digər tərəfdən isə gəlirlərin artırılması və ya rəsmiləşdirilməsi istiqamətində işlər görülməlidir. Sosial mənzillərin tikintisinə başlanılmalı və buna ilkin olaraq yerli icra strukturları və bələdiyyələr təhkim edilməlidir. Bunu sonralar kommesriya qurumlarılnın öhdəsinə buraxmaq olar. Digər tərəfdənsə, tikintinin maya dəyərinin artmasına səbəb olan süni amillər aradan götürməlidir.

- Hazırda mənzillərin tikintisi hansı vəziyyətdədir? Bu təlabatı ödəməyə nə qədər qadirdir?

- Tikintinin həcmi əsasən adambaşına düşən tələbi ödəyir. Problem başqa tərəfdədir. Ölkədə mənzil fondunun qocalmasının qarşısının alınması üçün orta hesabla il ərzində 3.5-3.8 mln. kv.m tikinti aparılmalıdır. Rəsmi statistikaya görə, il ərzində 1.5-2.0 mln.kv.m mənzil tikilib istifadəyə verilir. Lakin, bu rəqəmin iki dəfə artıq olduğuna əminəm. Sadəcə olaraq bütün mənzillər sənədləşdirilmir. Hazırda regionlarda mənzilə olan tələb əsasən təmin olunur. Əsas problem paytaxt Bakıdadır. Paytaxtda da axşamlar yeni tikilən binaların pəncərələrinə baxsanız cəmi 18-20%-ə qədər işıqların yandığını görərsiniz. Şəhərin mərkəzi hissələrində köhnə mənzillərin də 70%-ə qədərinin işıqları yanmır. Deməli, mənzillərin sayı bu gün üçün kifayətedicidir. Fərq ondadır ki, bəzi ailələrin ifrat sayda mənzilləri olduğu halda, bir çox gənc və orta yaşlı ailələrin mənzil problemi hələ də açıq qalır. Bunun da həlli sərvətə verginin tətbiqindədir. Lakin bu da məsələnin tam həlli deyil.

- Evsizlik problemi həm də ipoteka şərtlərinin ağır olması və faizlərin yüksək olması ilə əlaqələndirilir. Bu şərtlərin sadələşdirilməsi mümkündürmü?

- MDB ölkələri ilə müqayisədə şərtlər heç də ağır deyil. Bu gün ipotekaya müraciət edənlərin sayı təklifi üstələyir. Təbii ki, təklifin həcminin sıçrayışlı artımı son nəticədə iqtisadiyyatda digər problemlər yaradır. Odur ki, banklara ipoteka üçün müraciət edənlərin sayından asılı olaraq təklif portfelini də tənzimləmək olur və məndə olan məlumata görə Fond bu siyasətlə bazarı tənzimləyir. Zamanı çatanda, yəni ipotekaya müraciət edənlərin sayı ipoteka kredit təklif həcminindən az olanda yəqin ki, Mərkəzi Bank kredit şərtlərinin əsaslı dəyişikliklərinə gedəcək.

- Faizsiz kreditlərin verilməsi mümkündürmü?

- Faizsiz kredit olmur, ssuda olur ki, bu da təyinatlı olur. Məsələn, bir qrup əlillərə, gənc alimlərə və s. verilir. Əgər biz bazar iqtisadiyyatına əsaslanaraq ölkəni inkişaf etdirmək istəyiriksə, pulsiz heç nə olmamalıdır hətta, kredit də. Bizim bacarığımız onda olmalıdır ki, tərəzinin iki gözü də tarazlığa yaxın olsun.

- Bilirsiz ki, prezidentin sərəncamı ilə «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramı hazırlanır ki, burada gənc ailəlrə evlərin verilməsi məsələsi də öz əksini tapır. Burada hansı məqamlara üstünlük verilir, bununla bağlı hazırda vəziyyət necədir,?

- Bu barədə məndə məlumat yoxdur. Amma hesab edirəm ki, gənc ailələrə, evsiz təqaüdçülərə, imtiyazlı ailələrə və digər bu kimi qruplara sosial evlərin tikilərək, müəyyən ödənişli şərtlərlə verilməsi mütləqdir. Sovetlər dövründə olduğu kimi, adambaşına 12 kv.m. yaşayış sahəsini fiksə olunmuş qiymətlərlə, artıq hissəsini isə bazar qiymətinə kirayəyə vermək olar. Və yaxud da, sonradan satış müqaviləsi ilə kirayə qiyməti üstəgəl satış qiymətinin əsas hissəsindən aylıq hissəsinin ödənilməsi ilə.

- Problemin həllində dünya praktikasından hansı variantlara üstünlük verilir?

- Variantlar çoxdur, lakin fikirləşirəm ki, bizim yanaşma fərqli olmalıdır. Çünki, amerikalıdan və avropalıdan fərqli olaraq biz öz evimizin olasını istəyirik. Zənnimcə, tikintinin maya dəyərinin süni artırılması yollarının qarşısının alınması, mənzil probleminin ilkin həlli ola bilər.

Xatirə Nəsirli






24 May, 2012  16:40 Baxılıb: 1424 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner