Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

BMT Azərbaycana “Healthvision”-u məsləhət görür

Səhiyyəyə ayrılan pullar Dünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 3 dəfə azdır


BMT-nin sağlamlıq hüququ üzrə xüsusi məruzəçisi Anand Grover Azərbaycan hökumətini səhiyyə xərclərini beynəlxalq standartlara çatdırmağı tövsiyə edir.
Anand Grover mayın 16-dan 23-ə qədər Azərbaycanda səfərdə olub. Səfərinin yekunu ilə bağlı o deyib ki, səhiyyə xərclərinin artması "ölkədə mövcud olan maliyyə sərvətinin əhalinin sağlamlığının yaxşılaşdırılmasına xərclənməsi" üçün zəruridir:

"Hökumət əzmli olduqda nəticələr əldə edə bilər. Bir qədər ara vermək və əhalinin sağlamlığına edilən dövlət investisiyalarının hər kəsin sağlamlıq hüququnun yerinə yetirilməsi üçün kifayət edib-etməməsi barədə düşünmək üçün münasib vaxtdır".

Eurovision-2012 mahnı yarışı günlərində Bakıda olduğunu deyən Grover hökumətin həm də “Healthvision” gündəmə gətirməsinin vacib olduğunu bildirib.

Xüsusi məruzəçi hökumətin dəvəti ilə Azərbaycanda səhiyyənin maliyyələşdirilməsi, vərəm, həbsxanalarda və istintaq təcridxanalarında sağlamlığın təmin edilməsi ilə bağlı vəziyyəti öyrənib.

O, xüsusilə insan hüquqlarının ölçülən xüsusi parametləri daxil olmaqla ölkədə səhiyyə hüququnun həyata keçirilməsi ilə bağlı məsələlərə nəzər yetirib.

Anand Grover O, BMT İnsan Hüquqları Şurası tərəfindən sağlamlıq hüququnun həyata keçirilməsini monitorinq etmək mandatını alıb.
2012-ci ilin dövlət büdcəsində səhiyyə sahəsinə 595.1 milyon manat ayrılması nəzərdə tutulur. Bu da, büdcənin ümumi xərclərinin 3.5 faizi deməkdir.

Milli Büdcə Qrupunun rəyinə görə 2012-ci ilin dövlət büdcəsindən səhiyyə xərcləri 5.7 faiz artıb, amma yenə də bu sahəyə ayrılan pullar ümumi daxili məhsulun cəmi 1 – 1.3 faizini təşkil edir. Bu isə Dünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 3 dəfəyədək azdır.






24 May, 2012  14:22 Baxılıb: 1026 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner