Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Milli Ödəniş Şurası yaradıldı


Azərbaycanda ödəniş kartlarından geniş istifadə olunması nəzərdə tutulur

Mərkəzi Bankda Milli Ödəniş Şurasının (MÖŞ) ilk iclası keçirilib. Bankın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Şura ölkənin ödəniş və qiymətli kağızlarla hesablaşmalar sistemlərinin təkmilləşdirilməsi üzrə siyasətin müəyyənləşdirilməsi və konseptual qərarların qəbul olunması məqsədilə yaradılıb.
Mərkəzi Bank sədrinin birinci müavini - MÖŞ-ün sədri A.Quliyev Şuranın yaradılmasında əsas məqsədin ölkədə nəğdsiz ödənişlər üzrə dövriyyənin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması, kartlardan geniş istifadənin təmin edilməsi olduğunu deyib. O, bu istiqamətində bir sıra mühüm layihələrin başa çatdırıldığını qeyd edib.
Mərkəzi Bankın Ödəniş Sistemləri və Hesablaşmalar departamentinin direktoru K.Qurbanova isə MÖŞ-ün yaradılması üzrə beynəlxalq təcrübə, onun fəaliyyətinin məqsədi və işinin təşkili, Milli Ödəniş Sisteminin mövcud vəziyyəti, digər ölkələrlə müqayisəli təhlili, həmçinin inkişaf perspektivləri barədə məlumat verib. O, qeyd edib ki, hazırda Milli Ödəniş Sisteminin əsas komponentlərindən hesab edilən sistemlər - AZİPS, XÖHKS və KÖMİS müvəffəqiyyətlə istifadə olunur və bu sistemlərin istifadəyə verilməsi ilə banklararası hesablaşmaların tam elektronlaşdırılmasına nail olunub.
İclasda həmçinin elektron ödəniş xidmətlərinin inkişaf istiqamətləri və növbəti 5 il üçün strateji planlar müzakirə edilib, Milli Ödəniş Şurasının Əsasnaməsi qəbul edilib.
İclasda MÖŞ-ün üzvləri olan Mərkəzi Bank, Vergilər, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Gömrük, Qiymətli Kağızlar üzrə Dövlət Komitələri və aparıcı kommersiya banklarının rəhbərlərik səviyyəsində nümayəndələri iştirak ediblər.

Xatirə






23 May, 2012  21:22 Baxılıb: 1132 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner