Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Deputatımız Ermənistanda bu ölkəni işğalçı adlandırdı

Millət Vəkili Asəf Hacıyev: "Ermənistan rəhbərliyi işğal altındakı torpaqları azad etməlidir"

“Bütün ölkələrlə əməkdaşlıq etməyə hazırıq, lakin nə qədər ki Azərbaycan torpaqları işğal altındadır, Ermənistanla əməkdaşlıq etməyəcəyik”.

Simsar.az-ın “Novosti-Armenia”ya istinadən yaydığı məlumata görə, bu fikirləri QDİƏT Parlament Assambleyasının 39-cu plenar sessiyasında iştirak etmək üçün İrəvana gedən Azərbaycan Milli Məclisinin üzvü Asəf Hacıyev jurnalistlərə açıqlamasında söyləyib. 

Asəf Hacıyev bildirib ki, Ermənistanla hər hansı əməkdaşlıqdan söhbət gedə bilməz: “Düşünürəm ki, sizin yeni rəhbərliyinin bu məsələyə qeyd etdiyim nöqteyi-nəzərdən yanaşmalı, işğal altında saxladıqları torpaqları azad etməlidir. Yalnız bundan sonra Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində status verilə, bütün kommunikasiyalar bərpa oluna bilər”.

Xatırladaq ki, QDİƏT Parlament Assambleyasının 39-cu plenar sessiyasında Azərbaycan Milli Məclisinin üç nəfərlik nümayəndə heyəti iştirak edir.






23 May, 2012  20:29 Baxılıb: 844 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner