Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Azərbaycan manatının saxtalaşdırılma riskləri artırır “

Mərkəzi Bank bununla mübarizəni gücləndirir

Mərkəzi Bankda “Pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin təşkili” mövzusunda seminar keçirilib. Bankın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, seminarda kommersiya banklarının nağd pul sahəsində çalışan rəhbər işçiləri, eləcə də hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirak ediblər.
Tədirdə saxta pul çapına qarşı mübarizə, pul nişanlarının mühafizə fəlsəfəsi, nağd pulla əməliyyatlarda risklərin tənzimlənməsi, iqtisadiyyatın nağd pula olan tələbatının ödənilməsində Mərkəzi Bankın rolu, həyata keçirdiyi siyasət və digər mövzularda təqdimat və məruzələr edilib.
Mərkəzi Bankın Baş direktoru Aqşin Vəliyev bildirib ki, müasir dövrdə kompüter və sürətçıxarma texnologiyalarının inkişaf etməsi, əskinasların mühafizəsi üçün istifadə olunan texnologiyaların digər sahələrdə də istifadə olunması Azərbaycan manatının saxtalaşdırılması riskini artırır. Bu da pul nişanlarının saxtalaşdırılmasına qarşı müvafiq tədbirlərin gücləndirilməsini tələb edir.
Bankın Ekspertiza şöbəsinin rəisi Z.Yusifov “Pul nişanlarının ekspertizasının təşkili”, Mərkəzi Bankın Xəzinə departamentinin direktoru F.Ələkbərov “Kommersiya bankları ilə nağd pulla əməliyyatlarda potensial risklər və onların aradan qaldırılması” Mərkəzi Bankın Nağd pul departamentinin direktor müavini H.Məsimov “Pul nişanlarının evalyusiyası; Nağd pul dövriyyəsində Mərkəzi Bankın rolu və həyata keçirdiyi siyasət” mövzularında təqdimatla çıxış ediblər.
A.Vəliyev kommersiya banklarında əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, milli valyutanın saxtalaşdırılması risklərinin minimallaşdırılması, bank əməkdaşlarının maarifləndirilməsi zəruriliyini və bu sahədə Mərkəzi Bank tərəfindən davamlı tədbirlərin həyata keçiriləcəyini qeyd edib.

Xatirə






23 May, 2012  19:46 Baxılıb: 1041 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner