Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Rusiyadakı soydaşlarımızın evə göndərdikləri pullar?

Rəsmi və qeyri-rəsmi rəqəmlər bir-birindən çox fərqlidir 

Rusiyanın Mərkəzi Bankının hesabatına görə, azərbaycanlılar 2011-ci ildə evə 955 milyon dollar pul göndəriblər.

Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatına görə, bu pul cəmi 700 milyon dollardır.

Göründüyü kimi rəsmi rəqəmlərdə fərq 36 faizdir.

Rusiya mətbuatı bu barədə nə deyir?

Rusiya mediasının hesablamalarına görə, azərbaycanlılar evə ildə 3 milyard dollar pul göndərir.
Azərbaycandakı İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) öz araşdırmasını aparıb. Araşdırmaya görə, Rusiyada işləyən azərbaycanlıların evə göndərdiyi pul Rusiyanın Mərkəzi Bankının verdiyi məlumatdakından azə 2 dəfə çoxdur. Yəni təxminən 2 milyard dollardır.

Belə böyük fərqin səbəbi isə aydındır, çünki Mərkəzi Bank bank transferlərinin qeydiyyatını aparır, işçilər isə bankdan kənar da pul göndərirlər, məsələn, dost-tanışla.

İSİM hesab edir ki, azərbaycanlıların evə göndərdikıri pulun rəsmi və səliqəli statistikası aparılmalıdır.
Çünki bu pul vətəndə bir çox ailəni kasıblıqdan qurtarır. Ancaq eyni vaxtda bu, bir növ Azərbaycanın gizlənmiş iqtisadiyyatıdır.

Doğrudan da, bu pul əhəmiyyətli həə olduğuna görə, məsələn, qiymətlərə təsir edir. Hökumət qiymətləri monitoring edirsə, kənardan gələn bu həə pulun dəqiq statistikasını aparmaması sual doğurur.

Azərbaycanlıların evə göndərdiyi pulun miqdarı ilə bağlı onu da deyək ki, 1990-cı ilin ortalarında Rusiyanın Mərkəzi Bankının məlumatına görə, azərbaycanlıların bir ildə evə göndərdiyi pul 4,5 milyard dollara çatırdı.

İndiki həcm isə 2008-ci ilin iqtisadi böhranından əvvəlki həcmə hələ də çatmayıb.






23 May, 2012  19:02 Baxılıb: 1189 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner