Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Fransa prezidentinə müsəlman olmaq təklif olundu

Belçikanın müsəlman liderlərindən biri Əbu İmran Fransua Ollanda müraciət edib

Belçikanın müsəlman liderlərindən biri Əbu İmran Fransa prezidenti Fransua Ollanda müraciət edərək islam dinini qəbul etməyə dəvət edib. Bu barədə o saytlardan birində müraciət yerləşdirib.
Əbu İmran Ollanda “sən” deyə müraciət edərək onun seçkilərdə qalib gəlməsində Fransada yaşayan müsəlmanların vacib rolu olub.

Çıxışında keçmiş Fransa prezidenti, müsəlmanlar tərəfindən o qədər də bəyənilməyən Nikolya Sarkozi haqqında da danışıb. Daha sonra çıxışını növbə ilə ərəb və fransız dillərində davam etdirən İmran Ollandın diqqətinə çatdırıb ki, bu dünyada heç nə əbədi deyil, hər şey fanidir. O, Fransa prezidentinə bildirib ki, əgər siz fransız cəmiyyətində sülh şəraitində yaşamaq istəyirsinizsə, islamı qəbul edin.

Əbu İmran həmçinin Olanddan Fransa həbsxanalarında Sarkozinin seçkiqabağı kampaniyasının qurbanları olan “Müsəlman qardaşları” quplaşmasının üzvlərini də azad etməyi xahiş edib. Qeyd edək ki, Əbu İmran keçən ilin aprel ayında Parisdə həbs edilib, öz ölkəsinə ekstradisiyası gözlənsə də, həbsdən buraxılıb.






23 May, 2012  18:46 Baxılıb: 884 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner