Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

LORİN SƏFİR VƏ MÜXALIFƏTÇİLƏRİN İSTƏKLƏRİNİ GÖZLƏRİNDƏ QOYDU

Müğənnidən səhnədə siyasi bəyanatlar səsləndirilməsi xahişləri olunub 

Dünən Bakıdakı “Villa Petroleum”da yerləşən restoranda İsveçin Azərbaycandakı səfiri Mikael Eriksson bu ölkəni “Eurovision-2012” mahnı müsabiqəsində təmsil edən Mərakeş əsilli müğənni Lorinlə (Loreen) görüşüb.

Agentliklər hesab edir ki, səfir Lorindən “Eurovision” səhnəsindəki çıxışı zamanı siyasi bəyanatlar səsləndirməsini, Azərbaycanla bağlı çağırışlar etməsini xahiş edib. Lakin müğənni “Eurovision”nun mədəni tədbir olduğunu, səsinin siyasi proseslərdə vasitə olmaq istəmədiyini deyərək, təklifdən imtina edib.

Bəzi məlumatlara görə, səfirlə müğənninin görüşündə İctimai Palatanın təmsilçiləri kimi İsa Qəmbərlə Əli Kərimli də iştirak ediblər. Mənbə deyib ki, “səfirin müxalifətçiləri görüşə dəvət etməsinin əsas səbəbi Lorinin reallıqları yerli şəxslərdən dinləməsi” olub.
Lakin görüş müğənninin siyasətə müdaxilə etməyəcəyini açıq mətnlə söyləməsi ilə başa çatıb.

Xatırladaq ki, “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində bəzi beynəlxalq və yerli təşkilatlar, həmçinin müxalifət partiyalarının rəhbərləri müsabiqədə iştirak edəcək müğənniləri siyasi bəyanatlarla çıxış etməyə və Azərbaycanda demokratiyaya dəstək verməyə çağıracaqları ilə bağlı açıqlamalar vermişdilər.






23 May, 2012  17:35 Baxılıb: 1188 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner