Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Sərhədçilərimiz bir-birini güllələdi

Göytəpə Sərhəd Dəstəsinin iki əsgəri ölüb 

Azərbaycanın İranla sərhəddində yerləşən zastavada iki əsgərimizin meyiti tapılıb. Simsar.az APA-ya istinadən xəbər verir ki, Hadisə Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin İmişli rayonunun Bəhramtəpə qəsəbəsində yerləşən sərhəd zastavasında qeydə alınıb.

Sərhəd zastavasının xidməti ərazisində Sərhəd Qoşunlarının əsgərləri - 1993-cü il təvəllüdlü Əliyev Rahib Nazim oğlu və 1993-cü il təvəllüdlü Kazımzadə Tural İzzət oğlunun meyitləri aşkar edilib. Onların üzərində avtomat güllələrinin izləri aşkar edilib. İlkin ehtimala görə, hadisəni əsgərlərdən biri törədib. O, əvvəlcə əsgər yoldaşını, sonra isə özünü güllələyib.

Faktı DSX-dan təsdiqləyiblər. Qurumdan hadisənin əsgərlər arasında qarşılıqlı münasibətlərin pozulması nəticəsində baş verdiyi bildirilib. Hazırda faktla bağlı Lənkəran hərbi prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, əsgər R. Əliyev Şəmkir, T. Kazımzadə isə İsmayıllı Rayon Hərbi komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıblar.






23 May, 2012  17:02 Baxılıb: 974 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner