Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ARDNŞ jurnalistin döyülməsilə bağlı araşdırmanın nəticələrini açıqlayıb

Ölümcül döyülən jurnalist günakar çıxarıldı 

Dövlət Neft Şirkətinin (ARDNŞ) Binəqədi rayonunun Sulutəpə ərazisində baş vermiş hadisələrlə bağlı yaratdığı komissiya açıqlama verib. Simsar.az saytının məlumatına görə, açıqlamada deyilir ki, neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün ARDNŞ-nin daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahələrində özbaşına tikililərin qarşısının alınması istiqamətində aprelin 18-də Sulutəpə ərazisində keçirilmiş tədbirlərdə baş vermiş hadisələri, o cümlədən “Zerkalo” qəzetinin əməkdaşı İdrak Abbasovun xəsarət alması faktını araşdırılıb. 


ARDNŞ-nin Hüquq İdarəsinin rəisi, komissiyanın üzvü Eldar Orucovun dediklərindən:

- ARDNŞ tərəfindən yaradılmış komissiya öz səlahiyyətləri çərçivəsində baş vermiş hadisənin təfərrüatlarının, o cümlədən İ.Abbasovun hansı səbəbdən və kim tərəfindən xəsarət alması faktının araşdırılmasına xüsusi diqqət yetirmişdir. Bununla əlaqədar olaraq ARDNŞ-nin Təhlükəsizlik İdarəsinin (bundan sonra “Tİ”) 18 aprel tarixində Sulutəpə ərazisində keçirdiyi tədbirdə iştirak etmiş əməkdaşları ilə söhbətlər aparılmış, hadisə ilə bağlı ətraflı məlumat toplanılmış və iştirakçıların izahatları alınmışdır. Komissiya qarşısında qoyulmuş vəzifələrə uyğun olaraq ARDNŞ nümayəndələri, eləcə də komissiyanın üzvü Şahin İsmayılov iki dəfə İ.Abbasovun müalicə aldığı xəstəxanada ona baş çəkmiş, onunla geniş söhbət aparmışlar. Söhbətin əsas məqsədi İ.Abbasovun hansı şəraitdə xəsarət alması, tərəflər arasında münaqişənin hansı zəmində yaranması, jurnalistə xəsarət yetirilməsində ARDNŞ əməkdaşlarının iştirak dərəcəsi və s. məsələlərin aydınlaşdırılması olmuşdur. Onunla birlikdə hadisəni əks etdirən müxtəlif fotoşəkillər, video-materiallar diqqətlə nəzərdən keçirilmişdir.

Həmin gün İ.Abbasovu ziyarətə gələn “Yeni Müsavat” qəzetinin əməkdaşı Günay Musayeva da qeyd olunan materialları izləmiş və hadisənin şahidi kimi müəyyən şəxslərin kimliyini xatırlamağa çalışmışdır. Jurnalistlərin iştirakı ilə baş verən hadisələr təhlil edilmiş, onların bildirdikləri ARDNŞ əməkdaşlarının verdiyi izahatlarla müqayisə olunmuş, həqiqətin üzə çıxarılması istiqamətində araşdırmalar aparılmışdır.

İ.Abbasovun şübləhəndiyi Tİ-nin iki nəfər əməkdaşı ARDNŞ-nin baş ofisinə dəvət edilmiş, qanunvericiliyin yol verdiyi hədlərdə onlardan da izahat alınmışdır. Müəyyən edilmişdir ki, həqiqətən də, həmin şəxslərlə jurnalist İ.Abbasov, onun yaxın qohumları, eləcə də qəsəbə sakinləri arasında münaqişə (dava) yaranmış və nəticədə həm ARDNŞ əməkdaşları, həm də İ.Abbasov müxtəlif dərəcəli xəsarətlər almışlar. Tİ-nin iki əməkdaşının verdiyi izahata əsasən, hadisə belə olmuşdur: İ.Abbasov onların ünvanına çoxsaylı söyüşlər, ağır təhqirlər və yerli camaatı münaqişəyə çağıran ifadələr işlətmiş, az sonra onun qardaşı və bir neçə nəfər də hadisə yerinə gəlmiş və münaqişəyə qoşulmuşlar. Bəzi sakinlər tərəfindən Tİ əməkdaşlarına daş və digər əşyalar atılmışdır. Bununla da gərginlik yüksək həddə çatmış və Tİ əməkdaşları ilə İ.Abbasovun da içərisində olduğu qrup arasında dava başlamışdır. İzahatı alınan Tİ əməkdaşları İ.Abbasovun konkret kim tərəfindən vurulduğunu xatırlaya bilməmiş, bunu həmin anda həm dava etdikləri, həm də müdafiə olunduqları ilə izah etmişlər.

Komissiyaya o da məlum olmuşdur ki, həmin ərazidə İ.Abbasovun, onun atasının və qardaşının qanunsuz tikililəri mövcuddur. İzahatları alınan işçilərin verdiyi məlumatlara əsasən, İ.Abbasovun həmin ərazidə vaxtaşırı çəkiliş aparmaq istəyi heç də onun jurnalist fəaliyyəti ilə bağlı olmamış, şəxsi maraqlarına xidmət etmişdir. Belə ki, hadisədən əvvəlki tarixlərdə də o, əhalini zorakılığa çağırmaq, şəxsi mənafeyi naminə kütləvi qarışıqlıq yaratmaq məqsədləri ilə tez-tez Sulutəpə ərazisində olmuşdur.

ARDNŞ bu məsələnin ciddiliyini nəzərə alaraq, ictimaiyyətin məlumatlandırılması işində daim KİV nümayəndələrinin dəstəyinə böyük önəm vermişdir. Onlarla birlikdə dəfələrlə Sulutəpə ərazisinə səfərlər təşkil olunmuş, orada keçirilən görüşlərdə və səyyar brifinqlərdə həmin torpaq sahələrinin neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye kateqoriyalı dövlət torpaqları olduğu təkrar-təkrar bəyan edilmişdir. Hadisədən təxminən bir həftə əvvəl - aprelin 10-da İ.Abbasovun şəxsən iştirak etdiyi tədbirdə, habelə aprelin 11-də Sulutəpə ərazinə keçirilmiş reyddə də həmin torpaqlarda tikinti işlərinin aparılmasının qadağan olunduğu, ARDNŞ tərəfindən belə halların qarşısının alınacağı jurnalistlərin diqqətinə çatdırılmışdır. Bu məsələlər haqqında kifayət qədər məlumatlı olmasına baxmayaraq İ.Abbasov tərəfindən jurnalist peşəsi ilə bir araya sığmayan hərəkətlərə yol verilməsi, onun şəxsi məqsədləri üçün əhalini zorakılığa səsləməsi, təhqiramiz ifadələr işlətməsi jurnalist etikası baxımından dərin təəssüf doğurur.

Sakinlər tərəfindən hüquqazidd hərəkətlərə gəlincə, baş verən qarşıdurmada Tİ-nin əməkdaşlarına daşlar, içərisi benzinlə dolu şüşələr atılmış, xüsusi hazırlanmış atlı süvarilər onların üsərinə hücum çəkmişlər. Əvvəlcədən təşkil olunmuş bu hücumdan sonra ARDNŞ-nin əməkdaşları hadisə yerini tərk etməyə məcbur olmuş, bu zaman onların bəziləri baş və bədənlərinin müxtəlif yerlərindən xəsarətlər almışlar.

Bütün bu xüsusatlar nəzərə alınaraq hadisənin daha obyektiv, ədalətli araşdırılmasının təmin olunması məqsədi ilə komissiyanın topladığı bütün məlumatlar ARDNŞ rəhbərliyi tərəfindən aidiyyəti hüquq-mühafizə orqanına təqdim edilmişdir.

Aprelin 18-də baş vermiş hadisə ilə əlaqədar fakt üzrə daxili işlər orqanları tərəfindən cinayət işi başlanılmışdır, hazırda Daxili İşlər Nazirliyi tərəfindən istintaq aparılır. Bundan sonra hadisəyə hüquqi qiymət verilməsi, eləcə də hadisənin hansı şəraitdə baş verməsi, hadisəni törədənlərin konkret dairəsinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun cəzanın müəyyən edilməsi DİN-in araşdırması əsasında müvafiq məhkəmə tərəfindən həyata keçiriləcəkdir.






23 May, 2012  14:47 Baxılıb: 971 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner