Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Misirdə seçkilər başlayır

Seçkidən əvvəl sükut günü elan olunub

23-ü və 24-də Misirdə prezident seçkiləri keçiriləcək. Ancaq seçkidən əvvəl sükut günü elan edilib. Simsar.az xarici mətbuata istinadən xəbər verir ki, namizədlərin təbliğat-təşviqat kampaniyası ötən gün başa çatıb.
3 həftə davam edən seçkiqabağı kampaniya son onilliklərdə ən fəal hesab edilir. Ölkə tarixində ilk dəfə ən populyar namizədlərin iştirakı ilə teledebatlar keçirilib. Prezidentliyə namizədlər təbliğat-təşviqat kampaniyasına yüz milyonlarla dollar xərcləyib.
Prezident postu uğrunda 13 nəfər mübarizə aparır. Ən real namizədlər ölkənin keçmiş xarici işlər naziri və Ərəb Ölkələri Liqnasının keçmiş sədri Əmr Mussa, Hüsni Mübarək dövrünün ən son baş naziri Əhməd Şəfiq, “Müsəlman qardaşları” hərəkatının sədri Məhəmməd Mursi, sosialist Həmdin Sabbahi və müstəqil namizəd Əbdülmonem Əbülfotux hesab edilir.
50 milyona yaxın misirli səsvermə hüququna malikdir.Prezident seçkisi iki mərhələdə keçiriləcək. İkinci tur iyunun 16-17-nə təyin edilib. Yekun nəticələr iyunun 21-də elan olunacaq, hakimiyyətin təhvil verilməsi isə iyunun 30-da baş tutacaq.

Qeyd edək ki, Misirdə prezident seçkisi ölkədə idarəçiliyin hərbi hökumətdən seçilmiş vətəndaş hökumətinə təhvil verilməsi istiqamətində sonuncu və ən mühüm addım olacaq. Xatırladaq ki, Ali Hərbi Şura Misirdə hakimiyyətə 2011-ci ilin fevralında, Hüsni Mübarək devrildikdən sonra gəlib.






22 May, 2012  20:14 Baxılıb: 1007 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner