Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İranda tutulan azərbaycanlıların kimliyi bəlli olub

Saxlanan fəalların evlərində axtarışlar aparılıb, onlara məxsus bir sıra şəxsi əşyalar götürülüb

Mayın 21-də Urmiya gölünün qurudulmasına etiraz olaraq Təbrizdə və Urmiyada keçirilən aksiyalara görə tutulan azərbaycanlılardan 7 nəfərinin kimliyi bəlli olub.

“Media forum” saytının məlumatına görə, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları azərbaycanlı fəal Mustafa Əvəzpur və Qadir Novruzini evlərində tutub bilinməz istiqamətə aparıblar. ETTELAAT əməkdaşları həmçinin digər azərbaycanlı fəallar Əkbər Mühacir, Həsən Mirzəxani, Hüseyn Əhmədiyan, Təbriz Universitetinin azərbaycanşünaslıq qurumunun rəhbəri Əfsanə Tuqi və Məhəmməd İsgəndərzadəni küçədə tutub aparıblar.

Digər azərbaycanlı fəal, Şəhid Behişti Universitetinin tələbəsi İsrafil Ümidi isə Urmiya şəhərində tutularaq bilinməz istiqamətə aparılıb.

Saxlanan fəalların evlərində axtarışlar aparılıb, onlara məxsus bir sıra şəxsi əşyalar götürülüb.

Mayın 21-də İranın Təbriz, Urmiya, Miyana və Mərənd şəhərlərində Urmiya gölünün müdafiəsinə yönəlmiş kütləvi etiraz aksiyaları keçirilib. “Yaşasın Azərbaycan”, “Urmu gölü can verir, dövlət onun qətlinə fərman verir” və digər şüarlar səsləndirən aksiya iştirakçıları gölə gələn çaylar üzərindəki bəndlərin götürülməsini, gölün qurumasına qarşı tədbirlər həyata keçirilməsini tələb ediblər.

Təbriz və Urmiya etirazlarında aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib. Hökumət qüvvələri ilə yaranmış qarşıdurmalarda 100-dən çox azərbaycanlı fəal saxlanılıb.






22 May, 2012  18:41 Baxılıb: 899 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner