Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Azərbaycan missiyasını davam etdirir”

Azərbaycan Əfqanıstana hərbi sahədə töhvə verir 

ABŞ-ın Çikaqo şəhərində keçirilən NATO-nun Sammiti çərçivəsində dövlət və hökumət başçılarının Əfqanıstan üzrə görüşü olub.

Simsar.az AzerTac-a istinadən verdiyi məlumata görə, prezidenti İlham Əliyev görüşdə iştirak edib. 

NATO-nun sayca 25-ci sammiti 13 illik fasilədən sonra yenidən ABŞ-da keçirilib. Dünyanın 28 ölkəsinin dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdikləri toplantıda 2014-cü ilin sonunadək beynəlxalq qüvvələrin Əfqanıstandan çıxarılması və bundan sonra ölkədə vəziyyətə nəzarətin milli təhlükəsizlik qüvvələrinə verilməsi ilə bağlı hərəkət strategiyası müzakirə olunub.

Görüşü açan NATO-nun baş katibi Anders Foq Rasmussen bildirib ki, bu gün burada Əfqanıstan dövlətinin və əfqan xalqının gələcəyi müzakirə edilib.

Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin Əfqanıstandakı fəaliyyətindən danışan NATO-nun baş katibi qeyd edib ki, bu qüvvələr terror ilə mübarizədə fəal rol oynayıblar. Hazırda Əfqanıstanda NATO qüvvələrinin səlahiyyətlərinin ölkə polisinə və Hərbi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə həvalə olunması prosesi davam edir.

ABŞ Prezidenti Barak Obama da görüşdə çıxış edərək Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri tərəfindən Əfqanıstanda həyata keçirilən əməliyyatları yüksək qiymətləndirib və bildirib ki, alyansın iki il əvvəl Lissabon Samitində qəbul olunmuş qərara əsasən, NATO qüvvələrinin səlahiyyətlərinin yerli təhlükəsizlik qüvvələrinə verilməsi prosesinə başlanıb. Əfqanıstanın 75 faiz ərazisinə artıq əfqanlar özləri nəzarət edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev də görüşdə çıxış edib.

Dövlət başçısı Azərbaycanın ilk illərdən Əfqanıstanda sülhün və təhlükəsizliyin təmin olunmasında bütün səylərini ortaya qoyduğunu vurğulayıb. Azərbaycanın bu sahədə alyansın ən fəal üzvlərindən biri olduğunu deyən İ. Əliyev bildirib ki, ölkəmiz Əfqanıstanda öz hərbçilərinin iştirakı ilə sülhyaratma missiyasını davam etdirir. Eyni zamanda, Azərbaycan əfqan hərbçilərinin müxtəlif sahələrdə hazırlanması və treninqlərin keçirilməsi ilə Əfqanıstana öz töhfəsini verir.

Dövlət başçısı deyib ki, Azərbaycan Əfqanıstana öz yardımını 2014-cü ilədək davam etdirəcək, lazım gəldikdə ondan sonra da əlindən gələni əsirgəməyəcək.






22 May, 2012  18:02 Baxılıb: 1019 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner