Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Qənirə Paşayeva: “...Şuşada.. görüşərik”

“O gün uzaqda deyil”

Gürcüstanın Marneuli şəhərində “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB və Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Şuşanın və Laçının Ermənistan tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı tədbir keçirilmişdi. Tədbir çərçivəsində “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəstəyi ilə hazırlanan “Dağıdılmış mədəniyyət beşiyi – Şuşa ”filminin və Laçın rayonundan məcburi köçkün Əli Əliyevin müəllifi olduğu “Əlli dörd gün erməni mühasirəsində” kitabının təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva, Milli Məclisin üzvü Gülər Əhmədova, Gürcüstan parlamentinin deputatı Azər Suleymanov, gürcü ziyalıları, KİV nümayəndələri və gənclər iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov qonaqları salamlayaraq Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın tarixi və işğalı barədə danışıb.


Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti, millətimizə məxsus mədəni-tarixi abidələri, məscidləri, qəbirstanlığı dağıtması, türk millətinin Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağda tarixi izlərini silmək siyasəti yürütməsi haqqında geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva Azərbaycan, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə davamlı işlərin görüldüyünü bildirdi.
O qeyd etdi ki, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin xətti ilə Azərbaycanlılarının Mədəniyyət Mərkəzində Şuşa ilə bağlı bir layihə həyata keçirilmişdidi. Digər bir layihə isə Laçınla bağlıdır. Əsas məqsəd Gürcüstanda yaşayan azərbaycanlı gənclərə və gürcü ictimayyətinə Azərbaycan həqiqətlərini, ələxsus da Şuşada törədilən vandalizm aktlarını çatdırıb göstərməkdir: “Şuşa Azərbaycanın mədəniyyət beşiyidir, Şuşa nəinki Azərbaycana, bütün Şərq dünyasına əvəzolunmaz mədəniyyət nümünələri bəxş edib. Şəhərdə olan mədəniyyət abidələri, məscidləri, qəbiristanlıqları dağıdan işğalçı Ermənistan dövləti bununla bir çox beynəlxalq qanunları pozmuşdur. Buna dünya isə göz yumur”. Bu məqsədlə Qənirə Paşayevanın baş məsləhətçiliyi ilə Şuşanın Ermənistan tərəfindən işğalı və orada törədilən vandalizm aktlarından bəhs edən “Dağıdılmış mədəniyyət beşiyi – Şuşa” filmi çəkilib.

“Bu filmi biz hər yerdə yayımlamalıyıq, məktəbkərdə, ali təhsil ocaqlarında, ictimai təşkilatlarda, gənclərimizə və digər millətlərin nümayəndələrinə göstərməliyik ki, onlar gözləri ilə Ermənistanın Şuşada törətdiyi vəhşilikləri, vandalizm aktlarını görə bilsinlər”.

Sonda Qənirə Paşayeva nitqini bu sözlərlə yekunlaşdırdı:“ Şəhidlərimizin ruhu yalnız torpaqlarımız erməni işğalından azad olduqdan sonra şad olacaqdır. Mən əminəm ki, o gün uzaqda deyil. İnşallah, birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə görüşərik”.






22 May, 2012  16:52 Baxılıb: 940 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner