Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İran Azərbaycandakı səfirini geri çağırıb

Səbəb kimi Əli Həsənovun səsləndirdiyi fikirlər göstərilir 

İranın Bakıdakı səfiri Məhəmməd Bağır Bəhraminin ölkəsinin Xarici İşlər Nazirliyi tərəfindən geri cağırıldığı barədə məlumat yayılıb.
 Simsar.az-ın məlumatına görə, “Cihan” agentliyinin bu barədə xəbərində qeyd olunur ki, İranla Azərbaycan arasında “Eurovision” üzərindən başlayan söz dueli, diplomatik böhranla nəticələnib. 

Xəbərdə qeyd olunur ki, böhran Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun “Erovision”la əlaqədar təşkil etdiyi mətbuat konfransından sonra dərinləşib.
“Son zamanlar “Eurovision” mahnı müsabiqəsi ilə bağlı Azərbaycana qarşı əks-təbliğat əsasən iki yerdən aparılır. Bunların biri İrandır. Olmayan şeylərdən danışırlar, məsələn deyirlər ki, Bakıda gey-parad keçirirlər. Bununla bağlı biz İranı dəfələrlə xəbərdar etmişik. Mən bununla bağlı İrana səfər də etdim. Dedik ki, siz bizə müdaxilə etməyin, biz də sizə. Hər cümə namazından sonra anti-Azərbaycan şüarları ilə aksiyalar keçirirlər. Bilmirəm gey-parad onların beyninə haradan düşüb? Biz Azərbaycanda “Eurovision” mahnı yarışması keçiririk, gey-parad yox. Ümumiyyətlə Azərbaycan dilində gey-parad sözü yoxdur, onlarda isə var”.

Ə.Həsənovun həmin tədbirdə İranı Azərbaycan əleyhdarı olaraq təbliğatların mərkəzi halına gəlməkdə günahlandırması rəsmi Tehranı hiddətləndirib.

Qeyd edilib ki, İran dövləti Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhramini çağıraraq müşavirə keçirəcək.

Simsar.az məsələ ilə bağlı İranın ölkəmizdəki səfirliyi ilə dəfələrlə əlaqə saxlayıb, amma diplomatik korpusdan bizə bu barədə heç bir məlumat verə bilməyəcəklərini bildiriblər.






22 May, 2012  14:52 Baxılıb: 1014 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner