Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Sumqayıtda yalançı yol polisləri tutuldu

Onlar cərimənin müəyyən bir hissəsini rüşvət şəklində alaraq xeyli pul qazanıblar

Ötən gün Sumqayıt şəhəri ərazisində polis adı altında dələduzluq edən iki nəfər tutulub. Sumqayıt şəhər Polis İdarəsindən Simsar.az-a verilən məlumata görə, 2-ci polis bölməsinin əməkdaşları Bakı-Quba yolunun H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində, biri yol polisi geyimində olmaqla, iki nəfəri saxlayıb. Saxlanılanlar Sumqayıt şəhər sakinləri - 1987-ci il təvəllüdlü Göygöz Mürşüd oğlu Nəcəfov və 1986-cı il təvəllüdlü Vüqar Sərraf oğlu Məmmədovdur.

Araşdırma nəticəsində bəlli olub ki, həmin şəxslərdən biri magistral yolun kənarında dayanıb yüksək sürətlə hərəkət edən avtomobilləri qeyd edib, bir neçə kilometr qarşıda dayanmış yoldaşına ötürürmüş. Polis geyimli ikinci şəxs isə həmin avtomobili saxlayaraq, protokol yazacağı ilə hədələyrmiş. Bi yolla cərimənin müəyyən bir hissəsini rüşvət şəklində alan “polislər” son günlər xeyli pul qazanıblar.

Yalançı polislərin saxlanması əməliyyatına Sumqayıt şəhər Polis İdarəsinin rəisi şəxsən başçılıq edib.






22 May, 2012  14:30 Baxılıb: 931 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner