Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Mağazalarda 380 kq saxta ərzaq aşkarlanıb

İstifadəyə yararsız ərzaq malları satışdan çıxarılaraq məhv edilib

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak malları bazarında monitorinqlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

Bakının Suraxanı rayonunda S.Cəfərov küçəsi, ev 2 ünvanında yerləşən “Şirin market”də, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivi, ev 1C ünvanında yerləşən “Qaraj market”də saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.

Suraxanı rayonunda Əmircan qəsəbəsində Elşən Atayevə məxsus mağazada, Günəşli qəsəbəsində yerləşən “Rüfət market”də, Yeni Günəşli qəsəbəsində Əlif Aslanova və Nazim Quliyevə məxsus mağazalarda, Binəqədi rayonunda Biləcəri qəsəbəsindəki “Ülvi market”də və Əhəd Ramazanova məxsus mağazada, Q.Məmmədov küçəsində yerləşən “Halal market”də saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanıb.

Xırdalan şəhərində 28-ci məhəllədə Məcnun Bəşirova məxsus mağazada
saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyən edilib.

Gəncə şəhərində H.Əliyev prospekti və V.Xuluflu küçəsinin kəsişməsində Zakir Hətəmova məxsus mağazada, D.Qorqud küçəsi, 45 ünvanında Oqtay İsmayılova məxsus mağazada, Göygöl şəhərində H.Aslanov küçəsi, 70 ünvanında Nigar Qurbanovaya məxsus mağazada, A.Hacıyev küçəsində Tahir Mehtiyevə məxsus mağazada, Qusar rayonunda Gedəzeyxur kəndində Habil Cəbrayılova məxsus mağazada, Ağdam rayonunda Evoğlu kəndində Sahibəli Fərəcova məxsus mağazada, Cəlilabad şəhərində Qurtuluş küçəsində Həbib Şahverdiyevə məxsus mağazada, Biləsuvar rayonunda H.Əliyev küçəsində Fazilə Kazımovaya məxsus mağazada, Saatlı rayonunda H.Əliyev prospektində Babaş İbrəhimova məxsus mağazada, C.Cabbarlı küçəsində Elxan Quliyevə məxsus mağazada, Masallı şəhərində Digah şəhərində Elçin Əkbərova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Ümumilikdə, monitorinqlər zamanı 380 kq-dan çox yararsız ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.






22 May, 2012  02:30 Baxılıb: 1064 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner