Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Qənirə Paşayeva Gürcüstana gedib

Millət vəkili burada Şuşa və Laçının Ermənistan tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcək 




Bu gün Gürcüstanda “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB və Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təşkilatçılığı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin təşəbbüsü ilə Şuşanın və Laçının Ermənistan tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı tədbir keçiriləcək.
Tədbir çərçivəsində ilk növbədə “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin hazırladığı “Dağıdılmış mədəniyyət beşiyi – Şuşa ”filminin təqdimatı keçiriləcək. Azərbaycan, Qarabağ həqiqətlərinin Gürcüstanda daha geniş şəkildə yayılması məqsədilə filmin nüsxələri Gürcüstanın bir sıra təhsil ocaqlarına, QHT-nə və KİV-ə paylanılacaq.
Eyni zamanda tədbir çərçivəsində “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəstəyi ilə çapdan çıxan Laçın rayonundan məcburi köçkün Əli Əliyevin müəllifi olduğu “Əlli dörd gün erməni mühasirəsində” kitabının təqdimatı da keçiriləcək və kitab tədbir iştirakçılarına və Gürcüstanın təhsil ocaqlarına, QHT-ə və KİV-ə təqdim ediləcək.
Tədbirdə millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin rəhbəri Qənirə Paşayeva və “Əlli dörd gün erməni mühasirəsində” kitabının müəllifi Əli Əliyev iştirak edəcək.






21 May, 2012  19:33 Baxılıb: 1088 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner