Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Polis işçisini bıçaqlayıb öldürdü

Əvvəl başalayan mübahisə sonra dava-dalaşa çevrilib

Ötən gecə Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb. Belə ki, iki qohum arasında yaşanan mübahisə sonda ölümlə nəticələnib.
Simsar.az-ın məlumatına görə, Bədən Tərbiyəsi Akademiyasının 3 kurs tələbəsi Cavidan Rasim oğlu İsmayılov şəxsi münaqişə zəminində Elmir Həsən oğlu Pənahovu bıçaqla vurub. Ağır bədən xəsarətləri alan Elmir Pənahov dərhal Gəncə şəhəri 3 saylı Təcili və Təxirəsalınmaz Tibii Yardım xəstəxanasına çatdırılsa da, onun həyatının xilas etmək mümükün olmayıb. Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin rəisi Ədalət Sadıqovun sözlərinə görə, hər iki şəxs qohum olub və öldürülən Elmir Pənahov polis işçisi olub, lakin həmin gün xidmətdə olmayıb.

“21 may 2012-ci il tarixdə saat 0:55 radələrində Gəncə şəhəri Təcili və Təxirəsalınmaz Tibii Yardım xəstəxanasından məlumat daxil olmuşdur ki, Gəncə şəhər Pos Patrul taborunun polis nəfəri Elmir Həsən oğlu Pənahov sol döş qəfəsindən daxilə keçən bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. Onların arasında bir neçə gün əvvəl mübahisə yaranmış, bu dəfəki mübahisə sonradan dava-dalaşa çevrilmişdir. Nəticədə Cavidan Rasim oğlu İsmayılov üstündə olan bıçaqla onun sol döş qəfəsindən xəsarət yetirərək qətlə yetirmişdir”.

Baş vermiş hadisəni törətmiş Cavidan İsmayılov qısa müddət ərzində saxlanılaraq polisə təhvil verilib. Saxlanılan şəxs tutduğu əməldən peşiman olduğunu bildirib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 yəni qəstən adam öldürmə maddəsi ilə iş açılıb, istintaq davam etdirilir.






21 May, 2012  18:55 Baxılıb: 1113 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner