Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

PKK-ya qarşı kibermüharibə başladı

“NMTD Tim” adlanan türkiyəli xaker qrupu PKK-ya qarşı 30 gün davam edəcək kibermüharibəyə başlayıb

Özlərini Atatürkün “Ne mutlu türküm diyene” sözlərinin baş hərflərindən ibarət olan “NMTD Tim” adlandıran qrup PKK-ya kibermüharibə elan edib. Simsar.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, xaker qrupu PKK terrorçularının 3 türk əsgərini şəhid etməsinin əvəzində PKK-ya aid olduğu iddia edilən saytalara kiberhücumlara başlayıb. Xaker qrupu öz saytları vasitəsilə yaydıqları məlumatda bildirib ki, kibermüharibə 30 gün davam edəcək və fasiləsiz olaraq PKK-ya aid və ya ona yaxın olan saytlar dağıdılacaq. İlkin məlumata görə, xaker qrupu iki gün ərzində 500 internet saytını dağıdıb. Bundan başqa onlar terror qrupu ilə əlaqəsi olan şəxslərin mail ünvanlarını, şəxsi məlumatlar və digər bilgiləri ələ keçirərək təhlükəsizlik qüvvələrinə veriblər.

Fatimə Kərimli






21 May, 2012  18:47 Baxılıb: 1182 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner