Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Fransua Olland da Sarkozinin yolunu gedir

Yeni prezidenti “erməni soyqırım”ına dair sənəd hazırlatdırır


Fransanın yeni prezidenti Fransua Olland keçmiş həmkarı Nikola Sarkozinin başlatdığı qondarma “errməni soyqırımı” kampaniyasını davam etdirərək yeni layihə hazırlayır.

Bu barədə Fransanın Türkiyədəki səfiri Laurent Bili Ermənistanın “Armenpress” informasiya agentliyinə açıqlamasında bildirib. Səfir qeyd edib ki, F.Olland “Erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması ilə bağlı Sarkozinin başlatdığı siyasətin davamı kimi Konstitusiya Şurasının tələbinə uyğun fərqli formatda yeni plan hazırlayıb. L.Bilinin sözlərinə görə, yeni prezident hələlik bu istiqamətdə hazırlıq işlərini davam etdirir. “Biz istərdik ki, bu qanun təkcə türklərə deyil, eləcə də onu inkar edən bütün insanlara, kimliyindən aslı olmayaraq hər kəsə şamil edilsin”-deyə səfir vurğulayıb.

Qeyd edək ki, cari ilin yanvar ayında "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsi Fransa Senatında qəbul olunsa da, Konstitutsiya Şurası bu qanunu təsdiq etmədi. Eks-prezident Sarkozinin başlatdığı qanun layihəsi qondarma “erməni soyqırımı”nı inkar edənlərin 1 il müddətinə azadlıqdan məhrum edilməsini və 45 min avro məbləğində cərimələnməsini nəzərdə tuturdu. Fransua Olland hazırlatdırdığı sənəddə necə olacaq, türklər sözü tezliklə bunun da “qoxusu çıxacaq”...






21 May, 2012  17:17 Baxılıb: 961 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner