Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bu gün Günəş tutulacaq

Asiya və Şimali Amrikanın qərb sahillərindək insanlar Günəş tutulmasını görə biləcəklər  

Bu gün Asiyanın böyük bir hissəsinin, eləcə də Şimali Amerikanın qərb sahillərinin əhalisi nadir Günəş tutulmasına şahid olacaq. Bu ilin ilk Günəş tutulmasını artıq bir sıra Asiya ölkələrinin əhalisi görə bilib. Çinin cənubu, Filippin, Yaponiyadan sonra ABŞ, Kanada sakinləri Günəş tutulmasını görəcək. Cənubi Koreya, Meksika və Rusiyanın Sibir bölgəsi isə qismən bu nadir təbiət hadisəsini müşahidə edə biləcək.

Ayın Günəşi tamamilə örtəcəyi proqnozlaşdırılsa da, Ay günəşi 74 faiz örtüb, səmada yalnız parıldayan üzük cizgisi qalıb. ABŞ-da Günəş tutulmasını görmək istəyənlər Kaliforniya ştatının Sakramento şəhərinə axışıb. Yaponiyada isə yüzlərlə adam Sakit okean sahilində yerləşən Boso yarımadasına səyahət edib və tutulmanı burada daha aydın müşahidə edib. Asiya aviaşirkətləri bu nadir hadisəni görmək istəyənlər üçün xüsusi reyslər təşkil edib. Kütləvi-informasiya vasitələrinin yazdığına görə, təkcə Yaponiya iqtisadiyyatı Günəş tutulması ilə əlaqədar bir gündə 200 milyon dollar əlavə gəlir əldə edib.






21 May, 2012  16:40 Baxılıb: 1008 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner