Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

“KİLLER”İN MENECERİ TUTULUB

“Əhli-Beyt” məddahı kimi tanınan Məşədi Natiq Əhmədov və digərlərindən xəbər yoxdu

Mayın 20-si saat 19-20 radələrində metronun “Memar Əcəmi” satnsiyası ilə 3-cü mikrararoyon dairəsi arasında yerləşən “Killer” kişi geyimləri mağazasına gələn polis əməkdaşları “Azadxeber.az” saytının baş redaktoru Nicat Əliyevi, mağazanın meneceri Valeh Məmmədağaoğlunu, satıcı Qurban Əlibalaoğlunu və 3 müştərini saxlayıblar. Müştərilərdən birinin adının Cavid olduğu xəbər verilir.

“İslamazeri.az” xəbər verir ki, həmin gün “Killer” mağazasının yaxınlığındakı “Müntəzir” çay evinə də gələn polis əməliyyatçıları “Əhli-Beyt” məddahı kimi tanınan Məşədi Natiq Əhmədovu zorakılıqla aparıblar. Çay evinin 3 işçisi və digər 2 müştəri də tutulub.

“Müntəzir” çay evində həbs edilənlər Nəsimi Rayon Polis İdarəsinin 19-cu bölməsinə aparılıb. Onlar izahatları alındıqdan və sorğu-sual edildikdən sonra sərbəst buraxılıblar.

“Azadxeber.az” saytının baş redaktoru Nicat Əliyevin və onunla bir yerdə tutulanların aqibəti hələ ki, naməlumdur.






21 May, 2012  16:11 Baxılıb: 939 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner